Icma.az
close
up
RU
“Müxtəlif geyim tərzləri məktəbin korporativ kimliyinə zidd ola bilər“ EKSPERT RƏYİ

“Müxtəlif geyim tərzləri məktəbin korporativ kimliyinə zidd ola bilər“ EKSPERT RƏYİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Məktəblərdə müəllimlər üçün vahid forma məsələsi təhlil ediləndə görünür ki, bu, sadəcə geyim qaydası deyil, təhsil mühitində intizam, bərabərlik və peşəkar nüfuzun gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Müəllimlərin geyimi məktəb həyatında nümunəvi davranış elementlərindən biridir. “Təhsil haqqında” Qanunun 20-ci maddəsində tədris prosesində pedaqoji kollektivin nümunəvi davranışı xüsusi vurğulanır. Əgər şagirdlər vahid formada məktəbə gedirsə, müəllimlərin də peşəkar nümunə göstərməsi tədris prosesində səliqə və ardıcıllığı möhkəmləndirir. Bu, məktəb mühitində həm pedaqoji, həm də psixoloji baxımdan vahid qaydaların bərqərar olmasına xidmət edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, statistikaya nəzər yetirdikdə məlum olur ki, hazırda ölkədə 150 mindən çox müəllim fəaliyyət göstərir və onların 70 faizdən çoxu qadınlardır: “Müxtəlif geyim tərzlərinin olması bir tərəfdən fərdi azadlığın təzahürü olsa da, digər tərəfdən məktəbin korporativ kimliyinə zidd ola bilər. Dünya təcrübəsi göstərir ki, Sinqapur, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Avropa ölkələrində müəllimlər üçün vahid forma sistemi mövcuddur. Bu model həmin ölkələrin məktəblərində intizamın daha güclü olmasına, müəllimin peşəkar imicinin cəmiyyət qarşısında daha etibarlı görünməsinə şərait yaradır.

Müsbət tərəf ondan ibarətdir ki, vahid forma tətbiqi müəllimlər arasında sosial status fərqlərini azaldır, məktəbdə bərabərliyi gücləndirir və valideynlər üçün də pedaqoqların ümumi peşəkar imicini təqdim edir. Bununla yanaşı, məktəblərdə xarici qonaqlar və ictimaiyyət üçün formalaşan ümumi mənzərə də daha nizamlı və səliqəli görünür. Mənfi tərəflər də nəzərə alınmalıdır: müəllimlərin geyim azadlığının məhdudlaşdırılması narazılıq doğura bilər, formaların keyfiyyəti və maliyyələşdirilməsi məsələsi isə həllini tapmalıdır. Ona görə də bu yanaşma məcburiyyət yox, pedaqoqların iştirakı ilə konsensus əsasında həyata keçirilməlidir.

Müqayisəli təhlil göstərir ki, şagirdlərin vahid geyimdə olması artıq Azərbaycan məktəblərində sosial bərabərlik və intizam baxımından özünü doğruldub. Müəllimlərin də bu prosesə qoşulması məktəb mühitində bütöv bir sistem formalaşdıracaq. Əgər Elm və Təhsil Nazirliyi dünya təcrübəsindən faydalanaraq milli üslubu əks etdirən, rahat və keyfiyyətli formalar təqdim etsə, bu həm pedaqoqların nüfuzunu, həm də məktəblərin imicini yüksəldəcək.

Yekun olaraq qeyd etmək olar ki, müəllimlər üçün vahid forma tətbiqi Elm və Təhsil Nazirliyinin müsbət təşəbbüsü kimi qiymətləndirilməlidir. Nazirliyin məqsədi təhsil mühitini daha intizamlı, nümunəvi və peşəkar göstərməkdir. Bu addım yalnız geyim məsələsi deyil, həm də məktəb mədəniyyətinin formalaşması baxımından əhəmiyyətlidir. Əgər keyfiyyətli, rahat və simvolik formalar hazırlanarsa, gələcəkdə bu qərar müəllim peşəsinin nüfuzunu artıracaq, məktəbin cəmiyyətdə daha yüksək status qazanmasına gətirib çıxaracaq. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə təşəbbüsü həm müsbət, həm də strateji baxımdan əsaslandırılmış addımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri