Icma.az
close
up
RU
“Muzey gözümün qabağında yandı, Ağdamda yeni Çörək Muzeyinin yaradılması nəzərdə tutulur” FOTO+ÖZƏL

“Muzey gözümün qabağında yandı, Ağdamda yeni Çörək Muzeyinin yaradılması nəzərdə tutulur” FOTO+ÖZƏL

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Mən Ağdamda müxtəlif rəhbər vəzifələrdə işləmişəm. Əvvəlcə Ağdam rayon komsomol komitəsinin birinci katibi kimi ictimai fəaliyyətlə məşğul olmuşam. O dövrdə 25 min komsomolçumuz var idi. Bu o vaxt böyük bir rəqəm idi. Sonra rayon partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri kimi fəaliyyət göstərmişəm. Nəhayət 1982-ci ildən Ağdam Rayon Mədəniyyət şöbəsinin müdiri vəzifəsində fəaliyyətimi davam etdirmişəm. Bu vəzifələrin hamısında mən biləvasitə mədəni-kütləvi tədbirlərin təşkilinə çalışmışam. Biz o dövrdə Ağdamda bayramlar, böyük festivallar keçirirdik. Hətta onların arasında beynəlxalq səviyyəli tədbirlər də var idi”.

Bunu Moderator.az-a açıqlamasında 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olmuş, əslən ağdamlı Çimnaz Əliyeva deyib.

O daha sonra dünyada nadir olan Çörək muzeyindən danışıb:

“Ağdam mədəniyyəti həmişə ilklərə imza atıb. Bu ilklərdən biri də dünyada ikinci, SSRİ-də isə birinci Ağdam Çörək muzeyi idi. Bu çörək muzeyi o vaxt Azərbaycanda rezonans doğurdu, çox maraqla qarşılandı. Muzeyin həddindən çox ziyarətçiləri var idi. Ağdama gələn elə bir insan yox idi ki, bu muzeyi ziyarət etməsin. Ağdamda köhnə dəyirman binası var idi. Görürdük ki, dəyirman yavaş-yavaş uçulmağa doğru gedir. Bu dəyirman da İkinci Dünya müharibəsi dönəmində Ağdamı həm elektriklə, həm də dən üyütməklə təmin etmişdi. Biz Sadıq müəllimin göstərişi ilə qısa zamanda bu dəyirmanı restovrasiya etdik və orada çörək muzeyi yaratdıq. Muzeyin 1500-dən çox eksponatı var idi. Köhnə əkinçilik alətlərindən tutmuş, kosmonavtların yediyə çörəyə qədər orada nümayiş olunurdu. Muzeyin əsas eksponatı dəyirmanın özü idi. Hətta biz ustaları ora cəlb etdik və istifadəsiz dəyirman hər gün 10 min ton buğda üyütmə qabiliyyətinə gətirildi. Bütün bu eksponatlarla yanaşı muzeydən çıxan kimi “Sünbül” kafesi var idi. İnsanlar muzeyi ziyarət edəndən sonra kafedə xəmir yeməklərindən dequstasiya edə bilirdilər. Muzeyimizin əsas eksponatlarından biri də 7 min illik buğda dənələri idi. Bunu bizə akademik İmam Mustafayev vermişdi. Həmin buğda dənələri Ağdamın Çalağantəpə ərazisindən tapılmışdı. Bu da o deməkdir ki, Ağdamda əkinçilik mədəniyyəti görün hara gedib çıxır? Bir eksponatımız da Leninqrad blokadasından yadigar qalan çörək nümunəsi idi. Bu çörəyin bizə muzeyə gəlişinin maraqlı tarixçəsi var. Rusiyanın məşhur “Vremya” verilişi var idi. Bizim muzey haqda orada sujet yayımlanmışdı. Həmin sujeti görən Leninqrad sakini Qalina Andreyevna bizə məktub yazmışdı. O mühasirə dövrünü yaşamış bir qadın idi. Məktubunda Ağdama gəlib, övladından qalmış bir parça mühasirə çörəyini muzeyimizə təqdim etməyini bildirmişdi. Biz həmin qadını Ağdama dəvət etdik. Qadın çörəyi muzeyə gətirdi. Baxanda heç çörəyə də oxşamırdı. Bu hadisənin tarixi də belə idi ki, qadın gedir çörək dalınca və gələndə görür ki, övladının biri acından ölüb. Ona görə də o çörəyi heç kim yeyə bilməyib və illərlə evdə saxlayıblar. Muzey tamamilə dağıldığı üçün həmin eksponatlar da yerlə-yeksan oldu. Muzeydən demək olar ki, heç nə çıxara bilmədik. Çünki qanun var ki, muzey eksponatları toxunulmazdır, biz dəyə bilməzdik. Muzeyə qırat mərmisi atıldı, muzey birdən-birə alışıb yandı. 7 yanğınsöndürən maşın bu yanğını söndürə bilmədi. Muzey gözümün qabağında külə döndü. Heç nə edə bilmədik. Yolun bu tərəfində durub yanan muzeyə baxırdım. 1992-ci il avqust ayının 12-si idi. Bu mənim ən böyük itkilərimdən biri idi. Təsəvvür edin ki, insan ən yaxınını, əzizini itirir. Bu qədər mənim üçün ağrılı idi. Biz gecə-gündüz əziyyət çəkmişdik ki, muzeyi deyilən vaxtda təhvil verək. Muzeyin açılışı da təntənəli olmuşdu. Açılışda Azərbaycanın ən ziyalı sənətkarlarının çıxışı olub”.

Çimnaz Əliyeva deyir ki, Ağdamda Çörək muzeyinin yenidən yaradılması nəzərdə tutulub:

“Ağdam işğaldan azad olunandan sonra-2021-ci ilin aprel ayında ora getdim. Təbii ki, ilk getdiyimiz yer də Çörək muzeyi oldu. Ağdamın çörək muzeyindən yadigar qalan o gözəgörünən mozaykadır. Ümumiyyətlə çörək muzeyinin yaradılması nəzərdə tutulur. Bu dağıdılan yer də açıq hava muzeyi kimi saxlanılacaq. Hazırda Ağdamda özfəaliyyət nəsə etmək mümkün deyil. Hər şey artıq dövlətin nəzarəti altındadır və ordan kənara çıxmaq mümkün deyil. Çərçivə daxilində nə bacarıramsa, mənə ehtiyac olarsa və məndən nəsə soruşarlarsa məmnuniyyətlə canla-başla etməyə hazıram. Hələ ki, növbə gəlib muzeyə çatmayıb. Çünki hələ infrastruktur qurulur. İnsanlar ora yerləşəcəklər, Ağdamda canlanma olandan sonra hər şey öz axarına düşəcək. Muzey sonranın işidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Oktyabr 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri