Icma.az
close
up
RU
Nadir Azəri: Azərbaycan Rusiya Ukrayna sülhü üçün uğurlu vasitəçi ola bilər

Nadir Azəri: Azərbaycan Rusiya Ukrayna sülhü üçün uğurlu vasitəçi ola bilər

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Müasir dünyada müharibə, qarşıdurma və münaqişələrin sayı hər keçən gün artır. Bu baxımdan Rusiya-Ukrayna müharibəsi isə xüsusi diqqət çəkir. Çünki bu, həm miqyasına görə, həm də iki slavyan xalqı və dövlətinin bir-birinə qarşı apardığı müharibə kimi tarixə düşüb.

Bu sözləri SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

O sözlərinə belə davam edib: “Kimsəyə sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi Rusiyanın Ukraynaya hücumu və Ukrayna ərazilərinin işğalı nəticəsində başlayıb. Lakin heç bir müharibə əbədi davam edə bilməz. Gec-tez tərəflər arasında sülh sazişi imzalanmalıdır. Əsas məsələ isə bunun mümkün qədər tez baş verməsidir.

O, qeyd edib ki, bu vaxta qədər Rusiya və Ukrayna arasında sülhlə bağlı müxtəlif görüşlər keçirilib. Lakin təəssüf ki, bu görüşlərdə əsirlərin mübadiləsindən başqa ciddi nəticə əldə olunmayıb: “Müharibənin davam etməsi həm Rusiya və Ukraynaya, həm regiona, həm də ümumilikdə dünyaya mənfi, dağıdıcı təsir göstərir. Buna görə də tərəflərin mümkün qədər tez və ədalətli sülh sazişi imzalaması, yaxud ən azı davamlı atəşkəs razılığına gəlməsi vacibdir”.
Siyasi şərhçi hesab edir ki, bu məsələdə Azərbaycanın vasitəçilik imkanları daha genişdir: “Çünki Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qoruyub saxlayıb. Azərbaycan müharibədə tərəf tutmayıb və hər iki ölkə ilə normal münasibətlərini davam etdirib.

Təbii ki, Azərbaycan beynəlxalq hüquqa və ərazi bütövlüyü prinsipinə əsaslanaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Axı Azərbaycanın özü də uzun illər işğal problemi ilə üzləşdiyi üçün bu məsələyə xüsusi həssaslıqla yanaşır. Bununla belə, qeyd etdiyimiz kimi, Rusiya–Ukrayna müharibəsinin uzanması fonunda Azərbaycan həm Moskva, həm də Kiyevlə münasibətlərini qoruması, ölkəmizin balanslı diplomatik mövqeyi iki ölkə arasında sülh danışıqlarında vasitəçi olmaq və danışıqlara ev sahibliyi etmək üçün imkan yaradır. Belə bir təşəbbüs həyata keçirilərsə, bu, ilk növbədə, dünyanın ən qanlı münaqişələrindən birinin sona çatmasına töhfə verə bilər. Eyni zamanda bu, Azərbaycanın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında uğurlu vasitəçi kimi tarixə düşməsi baxımından da mühüm addım olar”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Avqust 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri