Icma.az
close
up
RU
Nadir şahın hədəfi Rusiyanı Azərbaycana birləşdirmək olub TƏHLİL

Nadir şahın hədəfi Rusiyanı Azərbaycana birləşdirmək olub TƏHLİL

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın 5 min illik dövlətçilik tarixinin ən qüdrətli, ən inkişaf edən dövrünü yaşadığını desək səhv etmərik. Çünki iki yüz il ərzində Azərbaycan ərazi bütövlüyündə ciddi itkilərə məruz qalmış, şəhərləri dağıdılmış, əhali isə müxtəlif yırtıcı işğalçıların süngüsünün qurbanı olmuşdur. Yalnız Prezident İlham Əliyev müdrik siyasəti, fenomen sərkərdəlik məharətli ilə ilk dəfə olaraq işğal edilən əraziləri azad edib, ölkənin torpaq bütövlüyünü təmin etdi.

Düzdür, o faktdır ki, Nadir şah Əfşar Azərbaycan tarxində böyük sərkərdəlik nümayiş etdirən və qısa müddətdə böyük əraziləri azad edib, torpaqlarının sərhədlərini genişləndirən liderlərdən olub. Nadir şah 1734–1736-ci illərdə Dağıstanı, Çeçenistanı, İnquşetiyanı və digər indiki Rusiya ərazilərinin böyük hissəsini qalibiyyət yürüşü ilə azad edib, torpaqlarına qatmışdılr. 1736-cı il martın 21-də şah seçildikdən sonra Nadir şah Əfşar Şərqi Hindistanı, Əfqanıstanı, Orta Asiyanı, İraqı və digər ölkələri işğalçılardan azad edib, böyük Turan dövlətinin əsasını qoymuşdur. Hətta Nadir şah Əfşar o dərəcə qüdrətli, məğlubedilməz sərkərdə olmuşdur ki, Rusiya imperatiçası, Avropa imperatorları, Osmanlı sultanları onunla dost olmağa, geniş əlaqələr qurmağa çalışmışlar. Belə bir vəziyyətdə Nadir şah Rusiyanı bütövlükdə Azərbaycan ərazilərinə qatmağa çalışmış və bununla bağlı Rusiya imperatriçası Anna İoannovnaya məktubla fikrini çatdırmışdır.

Nadir şah Azərbaycanın Rusiya vasitəsi ilə sərhədlərinin genişlənməsini hərbi gücü və qüdrəti ilə deyil, çariça Anna İoannovnaya ilə evlənməklə həyata keçirməyə ümid etmişdir. Nadir şah Əfşar çariça Anna İoannovnaya göndərdiyi məktubunda Rusiyanın əzəli Azərbaycan əraziləri olduğunu bildirmişdir: “Qəndəharın fəthindən sonra Ağbanu (rus imperatriçası) ilə görüşüb ona evlənmək təklifi edəcək və o zaman iki ölkə bir ölkəyə çevriləcəkdir”. Hətta Nadir şah rus çariça ilə evləndikdən sonra birgə yaşayacaqları yeri də müəyyənləşdirmişdi. Bu, hazırkı Mil-Muğan düzü ərazisi olmuşdur. Eyni zamanda Nadir şah Anna adının Amina ilə əvəzlənməsi üçün göstəriş vermiş və qısa müddətdə bununla bağlı sənəd hazırlanaraq Peterburqa göndərilmişdir.

Çariça bildirmişdir ki, Rusiya Azərbaycana birləşsə də, rus xalqı öz mədəniyyətini, dəyərlərini, dinini və dilini qoruyub saxlayacaq

Məlumatlara görə, çariça Anna İoannovna Nadir şahın qüdrətli ordusunun yürüşü ilə Rusiyanın dağılıb, xarabazarlıqlara çevrilməməsi, əhalisinin ölümə, zillətə məruz qalmaması üçün böyük fatehin evlilik təklifinə müsbət münasibət bildirmiş və bu barədə, ətrafında olan yaxınlarına söyləmişdir. Digər səhih məlumatlara görə, çariça Anna böyük fateh Nadir şahdan xoşu gəlmiş və onunla evlənməyinin gücünün artmasına, imkanlarının genişlənməsinə şərait yaradacağını söyləmişdir. Çariça bildirmişdir ki, Rusiya Azərbaycana birləşsə də, rus xalqı öz mədəniyyətini, dəyərlərini, dinini və dilini qoruyub saxlayacaq. Tapılan əlyazmalara görə, çariça Annanın əmri ilə Rusiyanın birinci Pyotrın zamanında işğal edilən Bakı, Dərbənd və Gilandan ordusunu geri çəkməsinin bir səbəbi Nadir şahın hədəsi idisə, digər səbəbi isə böyük fatehə olan sonsuz istəyi ilə bağlı olmuşdur. Lakin yüksək zadəganlar, imperiya cəlladları çariçanı tələsməməyi və bir qədər gözləməyi məsləhət görmüşlər. Bu o demək idi ki, Nadir şah Əfşarı aradan götürmək üçün xarici cəlladlar daxili qüvvələrlə birlikdə öz iyrənc məqsədlərini həyata keçirməyə çalışacaqlar. Belə də olur. 1747-ci il iyun ayının 17-də Nadir şah Əfşar qardaşı oğulları Əliqulu xanın əli ilə amansız sui- qəsdlə öldürülür. Bu əməl Nadir şahın Turanın sərhədlərinin genişləndirilməsi ideyasının qarşsını aldı. Nədicədə Nadir şahın qurduğu böyük Turan dövləti bir qədər sonra parşçalandı. Vəziyyəti qarışmasından istifadə edən Rusiya Azərbaycan torpaqları hesabına ərazisini bir qədər də genişləndirdi. Qacarlarla Rusiya arasında gedən müharibə ilə Azərbaycan Şimal və Cənub olmaqla iki yerə parçalandı. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Rusiya və Qacarlar arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarlara verildi. Rusiya Azərbaycanın şimalını işğal etməklə ciddi müstəmləkə və amansız işğal rejimi yaradaraq onu özünün əyalətlərindən birinə çevirməyə çalışırdı. Xanlıqla tədricən ləğv edilir və Rusiyanın üsil-idarəsi yaradılırdı. Gəncə, Qarabağ, Şəki, Bakı, Quba və Şamaxı xanlıqlarının ləğv edilməsinin ardınca Şəki və Lənkəran xanlıqlarında da xan üsuli-idarəsi ləğv edildi. Azərbaycanda mərkəzi şəhəri Şuşa olan "Müsəlman əyalətləri rəisliyi" yaradıldı. Keçmiş xanlıqlar və sultanlıqlar əyalətlərə və dairələrə çevrilmiş, 6 əyalət - Bakı, Quba, Şəki, Şirvan, Qarabağ və Talış, 2 dairə - Yelizavetpol və Car-Balakən, 2 distansiya - Qazax və Şəmşəddil təşkil edilmişdi. Əyalət və dairələrin də başında çar zabiti dururdu. Bu, komendant idarə-üsulu adlanırdı. Qafqazın baş komendantı tərəfindən təyin olunan həmin komendantların bəylərə torpaq bağışlamaq, yaxud geri almaq, həmçinin, digər siyasi-inzibati hüquqları var idi. Ümumiyyətlə, yerlərdəki komendantlar mütləq hakim hesab olunurdular. Onların təkcə ölüm hökmü vermək hüquqları yox idi. Əyalətlər xanlıqlar dövründə olduğu kimi, mahallara bölünürdü. Mahalların başında komendantların yerli bəylərdən təyin etdiyi mahal naibləri dururdular. Mahal naibləri vergiləri kəndlər arasında bölüşdürür, camaatı vergiləri vaxtında ödəməyə məcbur edir, kəndlilər arasında baş verən mübahisə və dava-dalaş doğuran məsələləri həll edirdilər. Kəndləri isə kəndxudalar idarə edirdilər. Onların hər birinin yanında bir neçə onbaşı və yasovul olurdu. Mahal naibləri və kəndxudalar dövlət xəzinəsindən maaş almırdılar. Onlar vergilərin bir qismini özlərinə götürür, yaxud da komendant onlara boş torpaq və həmin torpaqları becərmək üçün rəncbərlər bağışlayırdı. Komendant üsuli-idarəsi camaatı ağır istismara, zülmə və özbaşınalığa məruz qoyurdu. Həm komendantlar, həm də onların təyin etdikləri mahal naibləri vergi toplayarkən zorakılığa yol verir, camaatı soyurdular. Zaqafqaziyada yeganə azərbaycanlılar idi ki, zülmə və soyğunçuluğa qarşı etirazlarını bildiri, bəzən isə silahlı müqavimət göstərirdilər. Çar Rusiyası hər cür silahlara malik oduqlarından zülmə qarşı mübarizə qalxan Azərbayvcan əhalisini qəddarlıqla zəiflədirdi. Lakin tam şəkildə istəklərinə nail ola bilmirdilər.

İşğal dövründə Rusiyanın dəstəyi ilə bölgədə ermənilərin sayı artırılıb

Rusiyanın Qafqazı bütövlükdə işğal etməsi ilə əhalinin nəinki təriqətçi etiqadını, hətta etnik tərkibini də dəyişdi. Rusiyanın dəstəyi ilə bölgədə ermənilərin sayı artırıldı. Xaricdən kütləvi şəkildə Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi siyasəti həyata keçirildi. Böyük Britaniydan olan tədqiqatçı Corc Bornutian tərəfindən aparılmış tədqiqat təsdiq edir ki, Rusiya işğalından qabaq ermənilər Şərqi Ermənistanın bütün əhalisinin, təxminən, 20 faizini, müsəlmanlar isə 80 faizini təşkil edirdilər. Rusiya tərəfindən bölgə işğal etdikdən sonra indiki fars-molla rejiminin nəzarət etdikləri ərazilərdən və Osmanlı imperiyasından 57000 ermənini ərazilərdə yerləşdirdilər. 35000 azərbaycanlı isə Şərqi Ermənistanı tərk etdi. Ermənilər əsasən, xəzinəyə tabe olan torpaqlarda məskunlaşırdılar, lakin bəzi hallarda azərbaycanlıların torpaqlarını əllərindən almaqla onları öz yerlərindən didərgin salırdılar ki, bu da özündə etnik gərginlik potensialı daşıyırdı.

Corc Bornutian yazırdı ki, ermənilər Avropa köçkünləri deyildilər, onlar sadəcə olaraq, Yaxın Şərq mühitindən olan gəlmələr idilər. Erməni əhalisinin cəmləşdiyi ərazilər əsrlərlə azərbaycanlıların yaşadıqları Qarabağ idi. 1830-cu illərdəki Rusiya məlumatlarına görə, burada 35000 azərbaycanlıya 8000 erməni yaşayırmışdır. 1845-ci ildə Qarabağdakı vəziyyət haqqında məlumat verərkən, bir ordu zabiti rus məmurlarının ermənilər haqqındakı rəyini belə yekunlaşdırırdı: "Ermənilər Rusiya hökumətinə sadiqdirlər və sözsüz, bizə heç vaxt xəyanət etməzlər. Onlar dinc həyat sürürlər, ara-sıra təsadüf olunan mənfi halları nəzərə almasaq, quldurluqla işləri yoxdur: bütün ermənilərə xas olan naqis cəhətlərə, aldatmağa, tamaha və hər cür şübhəli işlərə qurşanmağa güclü meyil Qarabağ erməniləri üçün də səciyyəvidir".

Hər cür zorakılıqlara, qəddarlıqlara baxmayaraq Azərbaycan xalqı müstəqil olmaq, dövlətçiliyini qurmaq mübarizəsini davam etdirmişdir. Nəhayət, uzun mübarizədən sonra Azərbaycanın demokratik qüvvələri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Bununla da bütün Şərq və türk-İslam dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika quruluşu yaradıldı. Müsəlman Şərqində ilk demokratik respublikanı-Azərbaycan Xalq Cümhuriyyətin yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi. Azərbaycan Xalq Cümhuriyyəti özündə demokratik dəyərləri, eləcə də Şərq mədəniyyətinin xüsusiyyətlərini birləşdirən bir dövlət və cəmiyyət nümunəsi idi.

Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsi

AXC cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə həyata keçirilən tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli-göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. Cümhuriyyət yaranan zaman təhsilli milli kadrlara böyük ehtiyacı var idi və bu ali təhsil müəssisəsinin açılmasını vacib hesab edirdi. Təbii ki, dövlət quruculuğu işlərində milli kadrların olması mühüm amillərdən biridir. 1919-cu ildə Bakı Universiteti yaradıldı və hazırda Bakı Dövlət Universiteti ən böyük ali təhsil ocaqlarımızdan biridir. AXC -nin parlamentinin ikinci iclasında işləyən qadınlar üçün xüsusi güzəştlərə baxıldı: qadın sağlamlığı üçün zərərli işlərdən kənar edilmə, doğuşdan əvvəl və doğuşdan sonra ödənilən məzuniyyət, ananın iş yerində uşaq müəssisələrinin təşkili, xəstəlik dövründə dərman və əmək haqqının müəssisə sahibinin hesabına ödənilməsi. Eyni zamanda, qadınlar üçün qısa müddətli müəllimlik kursları, peşə-ixtisas kurslarının açılması, uşaq bağçalarının sayının artırılması məsələləri öz həllini tapdı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi. Xalq Cümuhiriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirik. Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır. 1920-ci il aprelin 27-də XI Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra M.Ə.Rəsulzadə bolşeviklər tərəfindən həbs olundsada, sonrdan Stalinin göstərişi ilə azad edilmişdir. M.Ə.Rəsulzadə AXC qurucularından biri olmaqla yanaşı həm də yaıçı-publisist idi. Onun mühahcirət dövründə "Yeni Qafqasya" (1923), "Azəri Türk" (1928), "Odlu yurd" (1929), "Qurtuluş" (1934), "Müsavat bülleteni" (1936), "Azərbaycan" (1952) jurnallarını, "İstiqlal" (1932) qəzetini nəşr etdirmişdir. Rəsulzadə Ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. 1955-ci il, mart ayının 6-da Ankarada vəfat etmiş və həmin şəhərin Əsri qəbiristanında dəfn olunmuşdur.

Prezident İlham Əliyev son iki yüz ilin ən böyük fenomen lideridir

Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur. Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci Dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir. Amma eyni zamanda belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər. Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Biz o dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin inkişafında böyük xidmət göstərmiş insanları da nəzərə almalıyıq və onların - Azərbaycanın görkəmli mədəniyyət, incəsənət, ictimai xadimlərinin xidmətlərini də bu münasibətlə qeyd etməliyik. Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər”.

Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət daşıdığını hər zaman vurğulamış və müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasını böyük tarixi nailiyyət adlandırmışdır. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirmiş və onun 23 aylıq fəaliyyəti dövründə gördüyü işlərin, qəbul etdiyi qanunların AXC-nin çoxsaylı uğurlarından olduğunu söyləmişdir: “Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, 23 aydan sonra respublika süqut etdi. Bu, bizim böyük faciəmizdir. Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək”.

Azərbaycan tarixinin müəyyən dövrlərində çətinliklərlə, ağır, üzücü problemlərlə üzləşsə də, Dahi Liderimiz Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətlə bütün çətinlikləri aradan qaldırmağı bacardı. Son iki yüz ilin ən fenomen lideri, Fateh Sərkərdə İlham Əliyevin böyük diplomatik bacarığı, fenomen sərkərdəlik məharəti ilə Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi. Onun uğurlarının ən uca zirvəsi isə 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azadlığına qovuşmasına nail olması olub. Hərbi qələbənin müəllifi olan Prezident İlham Əliyev həm də sülhün banisidir. Vaşinqtonda keçirilən iki və üçtərəfli görüşlər, imzalanan sənədlər bölgəyə daimi və davamlı sülhün gəldiyini deməyə əsas verir.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri