Icma.az
close
up
RU
ABŞ nədən Rusiyanı durdurmaq istəmir? Təhlil

ABŞ nədən Rusiyanı durdurmaq istəmir? Təhlil

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Ukraynaya müharibəsi dünyada iqtisadi maraqları, biznes maraqlarını reallaşdırmaq, resurslara və kommunikasiyalara nəzarəti ələ keçirmək uğrunda böyük güclərin başlatdığı savaşın bir hissəsidir. Bu savaş getdikcə genişlənir və getdikcə dünyanın başqa bölgələrini də öz ağuşuna alır. Daha güclü olan bu savaşdan daha böyük qazancla çıxacaq və dünyaya öz hegomonluğunu qeyd-şərtsiz qəbul etdirəcəkdir. 

Bu güclər sırasında aparıcı dövlətinin Amerika Birləşmiş Ştatları olduğu aşkardır.

ABŞ-n Avroasiya siyasətinin kökündə nələr dayanır? Busiyasətin fəlsəfəsi belədir: - əgər ABŞ dünya hegomonu olmaq statusunu qoruyub saxlamaq istəyirsə, o, Avroasiya məkanında özündən qabağa kiminsə çıxmasına imkan verməməlidir. Bu gün Birləşmiş Ştatalar Administrasiyasının Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı durdurmaq istəməmsi də məhz bu siyasətin tələblərindən irəli gələn bir davranışdır.  

Baxın, ABŞ-n keçən ilin sonlarından etibarən İran neftinin satışına tətbiq etdiyi sanksiyalarla İranın neft satışından valyuta gəlirləri 20%-dən çox azaldı və bununla da İran milli valyutası sürətlə ucuzlaşmağa başladı. Milli valyutanın kəskin ucuzlaşması İranda ərzaq məhsullarının və digər istehlak mallarının qiymətlərinin təqribən iki dəfəyə qədər bahalanmasına yol açdı ki, bu da son nəticədə insanların etirazına, kütləvi iğtişaşlara səbəb oldu. Sual olunur, ABŞ eyni ssenarini Rusiya neftinin ixracına tətbiq edə bilməzmi? Təbii ki, istəsə, bir gün ərzində Danimarka boğazlarından Rusiya neftini qaçaq yolla daşıyan tankerlərin qarşısını kəsər və bununla  da Rusiyanın daxilində bu gün İranda yaşanan eyni durum yaranmış olar. Lakin ABŞ bunu etmir, çünki ona bu müharibədə Rusiyanın məğlubiyyəti lazım deyil, onun əsas hədəfi Rusiyanın neftinin, qazının və digər təbii sərvətlərinin idarəçiliyini və Rusiya üzərindən keçərək şərqlə qərbi birləşdirən yollara nəzarəti ələ almaqdır. Ukrayna isə Rusiya ilə müharibə başa çatmamış artıq ABŞ-n tam nəzarətindədir desək, yanılmarıq. 

Gəlin ABŞ-n dünya hegemonluğu yolunda son bir ildə atdığı addımlara qısa bir nəzər salaq. 

Donald Tramp hakimiyyətə gələn kimi Kanada və Qrelandiyanı ABŞ-a birləşdirmək, Panama kanalı üzərində ABŞ-n tam nəzarətini bərpa etmək kimi hədəflər qoydu. Bu sırada təbii ki, Venesuelanın neftinə nəzarəti həyata keçirmək kimi istək ortada idi. Birləşmiş Ştatlar artıq bu hədəflərdən ikisini – Panama kanalına  və Venesuela neftinin idarəçiliyinə nəzarəti təmin etdi. Bu gün ABŞ-n İran neftinə  nəzarəti ələ almaq kimi bir hədəfə çatmasına bəlkə də günlər yox, saatlar qalır. Növbədə ABŞ-a narkotik və cinayətkar şəxslər ixrac edən Meksika, Kolumbiya və Qrelandiyanı ABŞ-a verməkdən boyun qaçıran Danimarka dayanır. 

Bu arada ABŞ-n Avroasiya məkanındakı iki böyük uğurunu - Cənubi Qafqazda Azərbaycan və Ermənistan üzərindən şərqlə qərbi birləşdirən Zəngəzur Dəhlizindən keçən ən uğurlu quru yola nəzarəti ələ almaq, Mərkəzi Asiya ölkəlrini özünün yaxın tərəfdaşına çevirmək kimi mühüm hadisələri də xüsusi qeyd etmək lazımdır.

Bütün bunlar göstərir ki, ABŞ son bir ildə atdığı bu addımlarla yaratmaqda olduğu yeni dünya nizamının altından öz hegemonluq möhrünü vurmaqdadır. Birləşmiş Ştatalar bu gedişlə dünyada neftin hailatının və satışının nəzarət zərfini öz əlinə alacaq və bununla da yaxın 25 ildə özündən önə hər hansı bir dövlətin və ya dövlətlər qrupunun keçməsinə imkan verməyəcəkdir.

Nizamsız dünyanı normal idarə etmək üçün onun güclü bir jandarma ehtiyacı vardır! Demokratiya, insan haqları, söz azadlığı kimi dəyərlər isə bu hədəfə çatmağın işlək alətləridir və bu alətlər həmişə iqtisadi maraqların, biznes maraqlarının tapdağı altında qalacaqdır...

Fikrət Yusifov 

professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri