Icma.az
close
up
RU
Ərdoğan Nadir şahın 280 illik planını yenidən önə sürdü DETALLAR

Ərdoğan Nadir şahın 280 illik planını yenidən önə sürdü DETALLAR

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Çaldıran döyüşü ilə bağlı açıqlaması ciddi müzakirələrə səbəb oldu. O, Osmanlı İmperiyasının bu döyüşdəki zəfərini türklər, kürdlər və ərəblərin ortaq qələbəsi adlandırdı. Türkiyə lideri Malazgird və Çaldıran döyüşlərinin, o cümlədən İstanbulun fəthinin türk, kürd və ərəbin ümumi zəfəri olduğunu söyləyib. Ərdoğan bu üç xalqın birlikdə hərəkət etməli olduqlarını və bununla da daha da güclənəcəklərini bildirib.

Çaldıran döyüşü, ümumilikdə tarixi Səfəvi-Osmanlı qarşıdurması Türkiyə-Azərbaycan münasibətlərinə zaman-zaman təsir göstərib. Məzhəb yanaşması problemin əsas səbəblərindən biri olub və gərginlik 1990-cı illərə qədər davam edib. Lakin Azərbaycanın istiqlalçı nəslinin ortaya qoyduğu Turan ideologiyası  bütün dünya türklərini, xüsusilə də Anadolu və Azərbaycan türklərini bir-birinə bağlayan əsas xətt oldu. Bu, iki ölkə arasında gərginliyi xeyli zəiflətdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra müasir ideoloqlar da Türkiyəyə məhz bu kontekstdən yanaşdılar. Ona görə də Bakı-Ankara münasibətləri sonrakı mərhələdə sürətlə inkişaf  etdi. Lakin Rəcəb Tayyib Ərdoğanın bu mövzunu məhz indi gündəmə gətirməsi xüsusi diqqət çəkir.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Türkiyə prezidentinin Malazgird və Çaldıran döyüşlərini Yaxın Şərqin üç əsas tarixi etnosu – türklər, kürdlər və ərəblərin ortaq qələbəsi olaraq təqdim etməsi mövcud reallıqlar və çağırışlar kontekstində tamamilə doğrudur:

“Bu, olduqca perspektivli ideyadır. Çünki Malazgirt savaşı Anadolu başda olmaqla, bugünkü İsrail və Fələstinə qədər uzanan böyük bir gələcəyin təntənəsi idi. Osmanlı dönəmində 600 il sülh və bərabərlik içində, ədalətli şəkildə bir torpaqda yaşadılar. Bu, tarixin kürdlərə, ərəblərə və türklərə qoyduğu bir mirasdır. Ona görə də bu mirasa sahib çıxıb, tarixdə ədalətli sülhü və əmin-amanlığı bərqərar etmiş köhnə konsepsiyaya yeni şərtlərlə qayıtmaq lazımdır.


Hikmət Babaoğlu

Bu ideya həm də Əfşar İmperiyasının qurucusu Nadir şah tərəfindən irəli sürülmüşdü. Nadir xan 1736-cı ildə Suqovuşanda türk tarixi ənənəsinə sadiq qalaraq sonuncu qurultayı çağırdı və özünü şah elan etdi. Beləliklə Səfəvilərdən sonra Əfşarlar sülaləsinin əsasını qoydu. Burada “Məqamnamə” adlı sənəd qəbul edildi. Həmin sənəddə bu gün Rəcəb Tayyib Ərdoğanın fikirləri ilə uzlaşan və bəlkə də eyni olan bir məqam vardı. Padşah deyirdi ki, biz məzhəb fərqini aradan qaldırmalıyıq. Bu, həmin dövr üçün çox mənalı bir tələb idi. Yəni Çaldıran döyüşünə bəzən məzhəb prizmasından yanaşırıq. Lakin məzhəbçilik xalqları bölən bir faktdır. Bu isə ən çox farsların işinə yaradı”.

Deputat bildirib ki, məzhəbdən deyil, məzhəbçilikdən imtina etsək, Türkiyə prezidentinin səsləndirdiyi fikirlər gələcəyimizin təminatı olacaq:

“Düşünürəm ki, Çaldıran döyüşünə fərqli baxış formalaşmalıdır. Tarixçi, professor Yaqub Mahmudovun namizədlik dissertasiyası Ağqoyunlu dövlətinin xarici siyasətinə aiddir. Onu oxuduqda Çaldıran döyüşünün mahiyyətinin üzə çıxdığını görmək olur. Bu döyüş ilə Osmanlı padşahı Yavuz Sultan Səlimin Avropaya irəliləməsinin qarşısı alındı. Şah İsmayılın xalası oğlu olan Venesiya kralı IV Lüdovik bu prosesin arxasında idi. Bütün bunları bildikdən sonra hörmətli cənab Rəcəb Tayyib Ərdoğanın nə demək istədiyini anlamaq mümkündür.”

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri