Icma.az
close
up
RU
Namazov sələfini uğurlu sayır Mövsümə yaxşı start verə bilsək...

Namazov sələfini uğurlu sayır Mövsümə yaxşı start verə bilsək...

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İmişli"nin növbəti mövsümlə bağlı hədəfləri böyük ölçüdə mövsümə necə start verəcəklərindən asılı olacaq.

Bunu Fanat.Az-a bölgə təmsilçisinin köhnə-yeni baş məşqçisi Fərid Namazov deyib.

Gənc çalışdırıcı "iştah diş altındadır" deyimini əsas götürür:  

"Hədəf ilk növbədə yaxşı komanda formalaşdırmaqdır. Yaxşı deyəndə mübarizə aparmağı, sona qədər döyüşə bilməyi nəzərdə tuturam. Turnir nöqteyi-nəzərdən isə hədəf mövsümə necə start verməyimizdən asılı olacaq. Startda qələbələr əldə edə bilsək, hədəfimizi böyüdə bilərik". 

Namazov sələfi Jorje Kaşkilyanın işini uğurlu hesab edir:

"İnsafən, Kaşkilya yaxşı komanda formalaşdırmışdı. Debüt mövsümündə əsas tapşırıq elitada qalmaq idi ki, o, bunu bacardı. Hətta 9-cu yerdən də yuxarıda ola bilərdilər, bir neçə oyunda müəyyən xal itkiləri oldu. Bu da əsas hədəfə çatdıqlarını biləndən sonra baş verdi. İstənilən halda, Kaşkilyadan şikayətlənməyə əsasım yoxdur".

Gənc çalışdırıcı heyətdəki dəyişikliklərə toxunub:

"Komandada müəyyən dəyişikliklər olacaq. Ötən mövsümkü heyətdə xeyli legioner var idi. Onlardan yalnız Andrey Sinenka və Rafael Vieqas gedib. Daha 7-8 əcnəbi komandanın sıralarındadır. Düzdür, yenə gedən ola bilər. Ancaq yeni oyunçular da gətirəcəyik. Legioner seçimini diqqətli şəkildə edəcəyik. Təcrübəli yerlilərə də ehtiyacımız var. Artıq bir neçəsi ilə danışıq aparırıq. İnanıram ki, tezliklə komplektləşməni tamamlayıb diqqəti yeni mövsümün hazırlıqlarına yönəldəcəyik".

Qeyd edək ki, "İmişli"ni 1-ci Liqadan Premyer Liqaya məhz Fərid Namazov çıxarıb. Ancaq ötən mövsüm elitada portuqaliyalı Jorje Kaşkilyanın rəhbərliyi altında debüt edən bölgə təmsilçisində yenidən baş məqşçi dəyişikliyi edilib, Namazov postuna qaytarılıb. 

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://fanat.az
archiveBu xəbər 07 İyul 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see282

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see277

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see271

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see266

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see259

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see259

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see256

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see245

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see244

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see230

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see228

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see225

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see224

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see223

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see210

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see210

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see210

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see210

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri