Namiq Qaraçuxurlu Könül Kərimovadan öncə həmin mahnınya görün kimi duet ortağı seçibmiş...
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Meyxanaçı Namiq Qaraçuxurlu “Bu nə bəladır, düşmüşük Allah” mahnısına duet oxumağı Əməkdar artist Könül Kərimovadan əvvəl müğənni İradə İbrahimovaya təklifi edibmiş.
Pravda.az xəbər verir ki, bu barədə İradə İbrahimova “10lar” verilişində ilk dəfə açıqlama verib.
İ.İbrahimova Namiq Qaraçuxurlunun təklifini geri çevirdiyi üçün peşman olduğunu deyib:
“Namiq Qaraçuxurlu mahnı yazsa, oxuyaram. Vaxtilə təklif etdiyi mahnını oxumadım, meyxananı özümlə birləşdirə bilmədim. Buna görə “yox” dedim. Böyük səhv etdiyimi sonradan başa düşdüm. İndiki ağlımla mütləq oxuyardım. Belə gözəl mahnıları çox əlimdən qaçırmışam. Röyanın oxuduğu “Yağış” mahnısını da əlimdən qaçırdım. Qismət deyilən bir şey var...”
Tomris

