Icma.az
close
up
RU
Kasorla dediyini etdi:

Kasorla dediyini etdi:

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Levante” və “Elçe”nin ardından “Ovyedo” da elitaya vəsiqə qazandı. Bununla bağlı söhbətə başlamamış La Liqa 2-nin reqlamentini xatırladaq.
İlk iki yeri tutan komanda (Levante, Elçe) elitaya adlayır, 3-6-cı yerləri tutanlar isə yarımfinalda qarşılaşır. Bu il yarımfinal oyunlarından "Ovyedo" və “Mirandes” qalib ayrıldı. İyunun 15-i və 21-də isə elitaya vəsiqə uğrunda final oyunları keçirildi.
“Mirandes” evdə keçirdiyi ilk oyunda 1:0 hesabıyla qalib gəldi. İyunun 21-də Ovyedoda keçirilən və 29624 azarkeşin izlədiyi oyun da meydan sahibləri üçün uğursuz başladı – 16-cı dəqiqədə Xoakin Paniçelli “Mirandes”i irəli çıxardı. Amma 38-ci dəqiqədə hadisələrin axarı dəyişdi.
İlk oyundakı yeganə qolun müəllifi Alberto Reyna cərimə meydançasında əllə oynadığına görə qonaqların qapısına penalti təyin olundu. Topun arxasına keçən 40 yaşlı Santi Kasorla bərabərlik qolunu vurmaqla geridönüşün əsasını qoydu. 52-ci dəqiqədə İlyas Çayra “Ovyedo”nu irəli çıxardı. 74-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan Serxio Postiqo “Mirandes”in işini bir qədər də çətinləşdirdi. İki oyunun nəticəsinə görə hesab bərabər olduğundan əlavə vaxta ehtiyac duyuldu.
Nəhayət, 103-cü dəqiqədə Fransisko Portilyo “Ovyedo”nu 24 ildən və ya 8770 gündən sonra elitaya qaytaran qolu vurdu.
Təbii ki, final fitindən sonra Kasorla hamıdan çox diqqət mərkəzində idi. O, məhz “Ovyedo”nun yetirməsidi, 18 yaşına qədər bu klubun sistemində olub. Ancaq həmin vaxt əsas heyətdə oynamaq imkanı qazanmayıb. “Ovyedo” 2003-də gənc istedadı “Vilyarreal”a satıb, çünki 3-cü diviziona yuvarlandığına görə onu saxlamaq üçün pulu yox idi. Santi “Ovyedo”ya 20 ildən sonra – 2023-də qayıtdı. Qətər “Əl-Sədd”ini “Ovyedo”ya dəyişərkən minimal maaşa razılaşdı və belə dedi:

“Klubu olmağı haqq etdiyi yerə qaytarmq istəyirəm. “Ovyedo” La Liqada oynamalıdı. Bunu uşaqlıqdan arzulayıram, indi özüm də prosesdə iştirak edə bilərəm”.


“Ovyedo” ötən il elitaya vəsiqə uğrunda pley-offun finalında “Espanyol”a uduzmuşdu, amma bu il, yəni 2-ci cəhddə hədəfinə çatdı.
La Liqaya vəsiqə uğrunda pley-off, yarımfinal: Almeriya – Ovyedo 1:2, 1:1, Rasinq - Mirandes 3:3, 1:4. Final: Mirandes – Ovyedo 1:0, 1:3, əlavə vaxtda.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 06:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri