Icma.az
close
up
RU
“Napoli”: 2ci məğlubiyyət və yenə 0:3!

“Napoli”: 2ci məğlubiyyət və yenə 0:3!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

A seriyasının 11-ci turunda ən yaddaqalan hadisə Neapolda baş verdi. Uzun müddət liderlik mövqeyində olan “Napoli” öz meydanında uduzdu. Uduzdu nədi, darmadağına məruz qaldı. Amma cənublular mövqeyində qaldılar.

Turun mərkəzi oyununda həqiqətən də, ciddi rəqabət yaşanmadı. Halbuki neapolluların evdə ən pis halda bir xal qazanmaq ehtimalı yüksək dəyərləndirilirdi. Lakin “Atalanta” meydana maksimum nəticə üçün çıxdığını ilk dəqiqələrdən göstərdi. Artıq 10-cu dəqiqədə Lukman De Ketelarenin ötürməsi ilə hesabı açdı. Bu futbolçular 21 dəqiqə sonra daha bir qol təşkil etdilər. İlk hissəni iki top fərqi ilə başa vuran neapollular hücumda yaddaqalan nəsə edə bilmirdilər. Bu, azmış kimi müdafiə xəttində səhvlərə yol verirdilər. Bunun əsas səbəbi isə berqamoluların çox yaxşı oynaması, meydanın hər qarışı uğrunda mübarzədə barışmaz mövqe tutması oldu. Son dəqiqələrdə hesabı darmadağın həddinə çatdıran “Atalanta” çətin səfərdə inamlı qələbə qazanmaqla çempionluq yarışında intriqanı gücləndirdi.
“Napoli” artıq əsas izləyicisini yalnız bir xal qabaqlayır. Çünki “İnter” evdə “Venetsiya” üzərində gözlənilən qələbəni qazandı. Doğrudu, son çempion autsayderlərdən birini yalnız Lautaro Martinesin vurduğu yeganə qolla məğlub etdi. Amma buna görə milanlıları qınamaq da olmur. Simone İnzaqinin komandasının Çempionlar Liqasında “Arsenal” ilə vacib oyun ərəfəsində özünü çox da yormaq istəməməsi başadüşüləndi. Amma venetsiyalıların çətin səfərdə əla müdafiə olunduqlarını da qeyd etməliyik.
“Atalanta” kimi “Fiorentina”da yüksəlişdədi. Turin səfərində minimal üstünlük qazanan florensiyalılar da ardıcıl 5-ci qələbə ilə xalını 22-yə yüksəltdilər.
Tur “Yuventus” və “Milan” üçün də uğurlu alındı. Amma ölkə nəhəngləri indi turnir cədvəlində heç də adına və tarixinə uyğun yerdə deyillər. Bu isə turinlilərlə milanlıların cari mövsümdə həddən artıq xal itirməsinə görədi.
Paytaxtın eyniadlı klubu isə, necə deyərlər, gah nala, gah da mıxa vurur. “Roma”nın Veronaya səfəri uğursuz alındı. İvan Yuriçin sentyabrdan çalışdırdığı komanda yenə cədvəlin ikinci “10-luğ”una düşdü.
11-ci tur
Napoli - Atalanta 0:3

Lukman, 10; 31. Retegi, 90+2. (50873)
Napoli: Meret, Olivera (Spinatsola, 76), Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Gilmor (Raspadori, 62), Zambo Angissa, Kvaratsxeliya (Neres, 71), Politano (Nqonq, 62), Lukaku (Simeone, 76).
Atalanta: Karnesekki, Kolaşinats (Kossunu, 71), Cimşiti, Hin, Rucceri, De Roon, Ederson, Zappakosta (Bellanova, 82), De Ketelare (Samarciç, 76), Paşaliç (Breşianini, 82), Lukman (Retegi, 76).
Torino - Fiorentina 0:1
Ken, 41. (23326)
Fiorentina: De Xea, Qosens, Ranyeri, Dodo, Komutso, Bove, Riçardson (Adli, 63), Sottil (Kuame, 64), Beltran (Mandraqora, 75), Kolpani (İkone, 63), Ken (Biraqi, 85).
Udineze – Yuventus 0:2
Okoye, 19-öz qapısına. Savona, 37. (24990)
Yuventus: Di Qreqorio, Savona (Kabal, 80), Kalulu, Qatti, Kambyaso (Danilo, 81), K.Türam (Makkenni, 70), Lokatelli, Koopmeyners, Yıldız, Vea (Mbanqula, 87), D.Vlahoviç (Konseysao, 71).
Montsa - Milan 0:1
Reynders, 43. (17000)
Milan: Menyan, F.Terraçano (Kalabriya, 89), Pavloviç, Tiav, Ernandes, Reynders, Fofana, Okafor (Leao, 63), Pulişiç (Musa, 63), Çukvueze (Loftus-Çik, 81), Morata.
Bolonya - Leççe 1:0
Orsolini, 85. (25000)
Bolonya: Ravalya, Miranda, Lukumi, Beukema, De Silvestri (Poş, 82), Moro (Urbanski, 58), Fröyler (Ferqyuson, 82), Ndoy, Odqor (Dallinqa, 58), Orsolini, Kastro (Fabbian, 69).
Verona – Roma 3:2
Tenqstedt, 13. Manyani, 34. Harrui, 88 - Sule, 28. Dovbik, 53. (28185)
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Zalevski (Əl-Şaaravi, 67), Kone (Paredes, 81), Çelik, Le Fe (Kristante, 67), Sule (Dibala, 67), Lorentso Pelleqrini, Dovbik (Baldantsi, 74).
İnter - Venetsiya 1:0
Lautaro Martines, 65. (66326)
İnter: Zommer, Dimarko (Darmian, 65), Pavar, De Vrey, A.Bastoni (Bissek, 70), Dyumfris, Barella (Çalhanoğlu, 70), Mxitaryan, Zyelinski (Frattezi, 84), Lautaro Martines (Taremi, 70), M.Türam.
Empoli – Komo 1:0
Pelleqri, 47.
Parma – Cenoa 0:1
Pinamonti, 80.
Latsio – Kalyari 2:1
Dia, 2. Zakkanyi, 75 – Luvumbu, 41.
1. Napoli 11 8 1 2 18-8 25
2. İnter 11 7 3 1 25-13 24
3. Atalanta 11 7 1 3 29-14 22
4. Fiorentina 11 6 4 1 22-9 22
5. Latsio 11 7 1 3 24-14 22
6. Yuventus 11 5 6 0 19-7 21
7. Milan 10 5 2 3 17-11 17
8. Udineze 11 5 1 5 14-16 16
9. Bolonya 10 3 6 1 12-11 15
10. Torino 11 4 2 5 15-16 14
11. Empoli 11 3 5 3 8-9 14
12. Roma 11 3 4 4 12-14 13
13. Verona 11 4 0 7 16-24 12
14. Parma 11 1 6 4 14-17 9
15. Komo 11 2 3 6 12-22 9
16. Kalyari 11 2 3 6 9-19 9
17. Cenoa 11 2 3 6 8-21 9
18. Montsa 11 1 5 5 10-14 8
19. Venetsiya 11 2 2 7 10-19 8
20. Leççe 11 2 2 7 4-20 8
Bombardirlər: Retegi (Atalanta) - 11, M.Türam (İnter) - 7, Lukman (Atalanta), D.Vlahoviç (Yuventus) - 6.
Növbəti turun oyunları noyabrın 7-10-u aralığında keçiriləcək: Cenoa - Komo, Leççe - Empoli, Venetsiya - Parma, Kalyari - Milan, Yuventus – Torino, Atalanta - Udineze, Fiorentina- Verona, Roma- Bolonya, Montsa – Latsio, İnter – Napoli.
Turun rəqəmi
9 – “Napoli” çempionatda iki ayyarım müddətdən sonra uduzdu. Cənubluların 9 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. Maraqlıdı ki, Kontenin komandası ilk turun “Verona” ilə səfər oyununda da üç cavabsız qolla məğlub olmuşdu.
Turun ulduzu
Ademola Lukman (Atalanta) – Neapolda nəticəni böyük ölçüdə nigeriyalı hücumçu həll etdi. Məhz Lukmanın ilk hissədə vurduğu iki qol matçda intriqanı zəiflətdi. Ötən mövsüm Avropa Liqasının ən yaxşı oyunçusu seçilən 27 yaşlı Ademolanın bu mövsüm çempionatda zədə səbəbi ilə 8 dəfə meydana çıxdığını və qollarının sayını 6-ya çatdırdığın da qeyd edək.
Turun sitatı
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:

“Napoli”yə qarşı matç həmişə bizim üçün ciddi sınaq sayılır. Demək olar ki, ideal oyun göstərdik. Ötən mövsüm Avropa Liqasında qələbə öz gücümüzə böyük əminlik hissi bəxş edib. Skudetto uğrunda mübarizə? Qarşıda hələ 27 tur var. Belə möhkəm heyətə həmişə sahib olub-olmayacağımızı bilmirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri