“Napoli“ “Roma“ ilə heç heçə etdi, baş məşqçi qırmızı vərəqə aldı
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
İtaliya A Seriyasının VIII turunda "Napoli" və "Roma" komandaları 3:3 hesablı heç-heçə ediblər.
Moderator.az xəbər verir ki, Neapoldakı Dieqo Armando Maradona stadionunda keçirilən qarşılaşmada meydan sahibləri iki dəfə iki top fərqi ilə önə keçsələr də, qələbəni qoruya bilməyiblər.
28-ci dəqiqədə Frank Anquissa "Napoli"ni hesabda önə keçirib. Skott Maktomini 48-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Matçın 69-cu dəqiqəsində Matias Soule "Roma"nın qollardan birinin əvəzini çıxıb. Leonardo Balerdi 74-cü dəqiqədə hesabı bərabərləşdirib. 83-cü dəqiqədə Maktomini dubl edərək "Napoli"ni yenidən önə çıxarıb. Lakin Balerdi 89-cu dəqiqədə ikinci qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra 18 xalı olan "Roma" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda liderlər "İnter" və "Latsio"dan bir xal geri qalır. "Napoli" isə 11 xalla doqquzuncu yerdədir.
Baxış sayı:196
Bu xəbər 24 Oktyabr 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















