Icma.az
close
up
RU
Naqif Həmzə parlamentdə internetdən danışdı: “Məbləğ qarşılığında göstərilən xidmət ürəkaçan deyil” Yeni Çağ Media

Naqif Həmzə parlamentdə internetdən danışdı: “Məbləğ qarşılığında göstərilən xidmət ürəkaçan deyil” Yeni Çağ Media

Icma.az, Yenicag saytına istinadən bildirir.

“Vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil”.

Yenicag.az xəbər verir ki, bunu parlamentin “Azərbaycan Respublikası 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı internet qiymətləri barədə danışan deputat Naqif Həmzə deyib.

O bildirib ki, Artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunur:

“Bu addımın nə ilə əlaqədar olduğunu və nə üçün edildiyini bilirik və dəstəkləyirik. Sadəcə vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil. Xüsusilə də regionlarda bu fərq daha çoxdur.

Provayderlərin texniki imkanlarının artırılması müqabilində bu problem aradan qaldırıla bilər. Xahiş edirəm problemin həllinə dəstəyinizi əsirgəməyin”.

Depuatat Gəncə şəhərində idman zallaırnın azlığı məsələsinə də toxunub:

“Gəncləri idmanla məşğul olmağa dəvət etməklə iş bitmir. Gəncə şəhərində müasir idman zalları barmaq sayını keçmir. Aktiv üzgüçülük hovuzlarının sayı isə 1-dir. Hökumət üzvlərinin, eyni zamanda, idman federasiyyalarının rəhbərləri olmalarını nəzərə alaraq xahiş edirəm ki, regionlarda, xüsusilə də Gəncə şəhərində idmanın inkişafına köməklik göstərəsiniz”.

Naqif Həmzə digər problemlərə də toxunub:

“Ölkə üzrə körpələr evi – uşaq bağçalarının sayı azdır. Bütün uşaqların uşaq bağçalarında tərbiyə görmələri mümkün olmur. Gəncə şəhərində 44 körpələr evi – uşaq bağçası, 45 tam orta məktəb fəaliyyət göstərir. Növəti illərdə, heç olmasa, 1 ədəd məktəb və uşaq bağçasının tikilməsinə şahidlik etsək, çox sevinərik. Həmçinin təklif edirəm ki, məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də yemək verilsin. Hətta bunun pilot layihə olaraq Gəncədən başlanması əla olardı.

Universitetlərimizdə maddi texniki baza gücləndirilir, təhsilin səviyyəsi artır. Bu bizi çox sevindirir.
Lakin tələbə yataqxanalarının azlığı valideyinlər və tələbələr üçün müəyyən çətinliklər yaradır. Gəncə şəhərinin girişində məcburi köçkünlər üçün tikilmiş böyük şəhərcik mövcuddur. Keçmiş məcburi köçkünlər öz rayonlarına köçürüldükdən sonra bu binaların tələbələrin ixtiyarına verilməsi mümkün olacağı təqdirdə, Gəncədə təsil alan tələbələrə çox böyük dəstək vermiş olarıq. Cənab Baş nazir, xahiş edirəm, bu təklifimin araşdırılmasına dair göstəriş verəsiniz.

Gəncə şəhərində Balabağban, Böyükbağban və totanlı adlanan ərazilərdə yağış yağan kimi evlərə gələn su istifadəyə yararsız hala düşür. Su palçıqlı gəlir. Özüm də şəxsən bu hala şahidlik etmişəm. Xahiş edirəm, su anbarlarının və filtirlərinin yenilənməsi, seçicilərin içməli su probleminin aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsinə dəstək olasınız”.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 25 Noyabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri