Icma.az
close
up
RU
Deputat: İnternetə aylıq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil

Deputat: İnternetə aylıq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunur. Bu addımın nə ilə əlaqədar olduğunu və nə üçün edildiyini bilirik və dəstəkləyirik. Sadəcə, vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil. Xüsüsilədə regionlarda bu fərq daha çoxdur”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

O bildirib ki, provayderlərin texniki imkanlarının artırılması müqabilində bu probelm aradan qaldırıla bilər: “Xahiş edirəm problemin həllinə dəstəyinizi əsirgəməyin”.

N.Həməzyev qeyd edib ki, Gənclər və İdman nazirliyi tərəfində radiolarda çox maraqlı sosial çarxlar səsləndirilir: “Bunu alqışlayıram. Amma Gəncləri idmanla məşqul olmağa dəvət edməklə iş bitmir. Gəncə şəhərində müasir idman zalları barmaq sayını keçmir. Aktiv üzgüçülük hovuzlarının sayı isə 1 dir. Hökümət üzvlərinin eyni zamanda idman federasiyyalarının rəhbərləri olmalarını nəzərə alaraq xahiş edirəm ki, regionlarda, xüsusilədə Gəncə şəhərində idmanın inkişafına köməklik göstərəsiniz”.

Parlamentin üzvü deyib ki, ölkə üzrə körpələr evi – uşaq bağçalarının sayı azdır: “Bütün uşaqların uşaq bağçalarında tərbiyə görmələri mümkün olmur. Gəncə şəhərində 44 körpələr evi – uşaq bağçası, 45 tam orta məktəb fəaliyyət göstərir. Növəti illərdə heç olmasa 1 ədəd məktəb və uşaq bağçasının tikilməsinə şahidlik etsək çox sevinərik. Həmçinin təklif edirəm ki, məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də  yemək verilsin. Hətta bunun pilot layihə olaraq Gəncədən başlanması əla olardı”.

Millət vəkilinin sözlərinə görə, universitetlərdə maddi texniki baza gücləndirilir, təhsilin səviyyəsi artır, bu, sevindiricidir: “Lakin tələbə yataqxanalarının azlığı valideyinlər və tələbələr üçün müəyyən çətinliklər yaradır. Gəncə şəhərinin girişində məcburi köçkünlər üçün tikilmiş böyük şəhərçik mövcuddur. Keçmiş məcburi köçkünlər öz rayonlarına köçürüldükdən sonra bu binaların tələbələrin ixtiyarına verilməsi mümkün olacağı təqdirdə Gəncədə təsil alan tələbələrə çox böyük dəstək vermiş olarıq. Cənab Baş Nazir xahiş edirəm bu təklifimin araşdırılması dair göstəriş verəsiniz”.

O, digər məsələyə də diqqət çəkib: “Gəncə şəhərində Balabağban, Böyükbağban və totanlı adlanan ərazilərdə yağış yağan kimi evlərə gələn su istifadəyə yararsız hala düşür. Su palçıqlı gəlir. Özüm də şəxsən bu hala şahidlik etmişəm. Xahiş edirəm su anbarlarının və filtirlərinin yenilənməsi, seçicilərin içməli su probleminin aradan qaldırılması üçün lazımı tədbirlərin görülməsinə dəstək olasınız”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri