Icma.az
close
up
RU
Deputat: İnternetə aylıq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Deputat: İnternetə aylıq ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

"Artıq 3 aydır internet sürəti, qiyməti və istifadəsi haqda yeni qaydalar tətbiq olunur. Bu addımın nə ilə əlaqədar olduğunu və nə üçün edildiyini bilirik və dəstəkləyirik. Sadəcə, vətəndaşları narahat edən məsələ ondan ibarətdir ki, ödənilən məbləğ müqabilində göstərilən xidmət ürəkaçan deyil. Xüsüsilədə regionlarda bu fərq daha çoxdur".

AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

O bildirib ki, provayderlərin texniki imkanlarının artırılması müqabilində bu probelm aradan qaldırıla bilər: "Xahiş edirəm problemin həllinə dəstəyinizi əsirgəməyin".

N.Həmzəyev qeyd edib ki, Gənclər və İdman nazirliyi tərəfində radiolarda çox maraqlı sosial çarxlar səsləndirilir: "Bunu alqışlayıram. Amma Gəncləri idmanla məşqul olmağa dəvət edməklə iş bitmir. Gəncə şəhərində müasir idman zalları barmaq sayını keçmir. Aktiv üzgüçülük hovuzlarının sayı isə 1 dir. Hökümət üzvlərinin eyni zamanda idman federasiyyalarının rəhbərləri olmalarını nəzərə alaraq xahiş edirəm ki, regionlarda, xüsusilədə Gəncə şəhərində idmanın inkişafına köməklik göstərəsiniz".

Parlamentin üzvü deyib ki, ölkə üzrə körpələr evi - uşaq bağçalarının sayı azdır: "Bütün uşaqların uşaq bağçalarında tərbiyə görmələri mümkün olmur. Gəncə şəhərində 44 körpələr evi - uşaq bağçası, 45 tam orta məktəb fəaliyyət göstərir. Növəti illərdə heç olmasa 1 ədəd məktəb və uşaq bağçasının tikilməsinə şahidlik etsək çox sevinərik. Həmçinin təklif edirəm ki, məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də  yemək verilsin. Hətta bunun pilot layihə olaraq Gəncədən başlanması əla olardı".

Millət vəkilinin sözlərinə görə, universitetlərdə maddi texniki baza gücləndirilir, təhsilin səviyyəsi artır, bu, sevindiricidir: "Lakin tələbə yataqxanalarının azlığı valideyinlər və tələbələr üçün müəyyən çətinliklər yaradır. Gəncə şəhərinin girişində məcburi köçkünlər üçün tikilmiş böyük şəhərçik mövcuddur. Keçmiş məcburi köçkünlər öz rayonlarına köçürüldükdən sonra bu binaların tələbələrin ixtiyarına verilməsi mümkün olacağı təqdirdə Gəncədə təsil alan tələbələrə çox böyük dəstək vermiş olarıq. Cənab Baş Nazir xahiş edirəm bu təklifimin araşdırılması dair göstəriş verəsiniz".

O, digər məsələyə də diqqət çəkib: "Gəncə şəhərində Balabağban, Böyükbağban və totanlı adlanan ərazilərdə yağış yağan kimi evlərə gələn su istifadəyə yararsız hala düşür. Su palçıqlı gəlir. Özüm də şəxsən bu hala şahidlik etmişəm. Xahiş edirəm su anbarlarının və filtirlərinin yenilənməsi, seçicilərin içməli su probleminin aradan qaldırılması üçün lazımı tədbirlərin görülməsinə dəstək olasınız".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Noyabr 2024 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri