Icma.az
close
up
RU
Nargis jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında Veysəloğlunun ekoloji layihələrindən bəhs edib

Nargis jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında Veysəloğlunun ekoloji layihələrindən bəhs edib

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi ekoloji layihələrinə xüsusi yer ayırıb. Jurnal önəmli tədbir olan COP29-un iştirakçıları arasında geniş yayılmaqla layihələrin məqsəd və mesajlarını daha geniş auditoriyaya çatdırmış olub.

Təqdim edilən məqalədə bildirilir ki, 2024-cü ildə Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa doğru mühüm addım ataraq 63 yeni çoxtemperaturlu yük maşınını istifadəyə verib. Bu nəqliyyat vasitələri müxtəlif temperatur rejimlərində məhsulları bir səfərdə daşıyaraq səyahət məsafəsini qısaldır və nəticədə ildə 3,5 milyon kiloqram karbon emissiyasını azaltmağa imkan verir.

"Nargis” jurnalı "Araz” supermarketlər şəbəkəsinin yaşıl iqtisadiyyata dəstək layihələrindən də ətraflı bəhs edib. Bunlar "Ekoçantadan istifadənin təşviqi”, "Tullantıları ekoçantaya dəyiş”, "Tullantıları tingə dəyiş”, "Batareyaları təhvil ver, təbiəti qoru”, "Araz”ın təbiətsevərləri "Təmiz ölkəm” aksiyasında, "Sahibsiz heyvanlara qayğı” və "Transformasiya layihəsi” kimi ekoloji və sosial layihələrdir.

Məqalədə bildirilir ki, 2024-cü ildə ETSN və "Araz" supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağaclarının əkilməsi məqsədilə ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Təmiz ölkəm" marafonuna qatılan əməkdaşlar, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Novxanı sahilindən 1 tondan çox tullantı toplayaraq insanları ətraf mühitə məsuliyyətlə yanaşmağa çağırıb.

Sözügedən məqalədə Veysəloğlu Şirkətlər Qrupunun Elektron Sənəd Dövriyyəsi (ESD) transformasiya layihəsi ilə kağız və katric istifadəsinə 50%-dən çox qənaət edilməsinə nail olduğu da xüsusi vurğulanır.

Bütün bunlarla yanaşı Veysəloğlu Şirkətlər Qrupu ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək "Nargis” jurnalı ilə birgə "Zero Waste Project by Nargis – 2024” (Sıfır Tullantı - 2024) layihəsi çərçivəsində baş sponsor kimi əhəmiyyətli bir addım da atıb. Bu əməkdaşlıq çərçivəsində "Veysəloğlu" tullantıların azaldılması və ekoloji maarifləndirmə tədbirlərinə dəstək göstərərək, Bakı şəhərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan silsilə iməcilik aksiyalarında fəal iştirak edib. Toplanan tullantıların təkrar emalı həyata keçirilib və bu tullantılardan eko-mebellər hazırlanıb. Hazırlanan bu innovativ eko-mebellər COP29 tədbiri çərçivəsində "Yaşıl Zona"da nümayiş etdirilib. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir.

30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri olaraq "Yaşıl İqtisadiyyat”a dəstək göstərir. Şirkətlər Qrupu, davamlı inkişafa sadiq qalaraq, ekoloji məsuliyyət və resursların effektiv idarə olunması sahəsində nümunəvi fəaliyyətini genişləndirməyə davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri