Narkomaniya ilə bağlı ciddi ölçülər götürülməlidir Deputat
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
"Regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir. Eyni zamanda regionlarda müəllim çatışmazlığı var. Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. İstənilən halda bu sahədə çatışmazlıqlar var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, ötən 5 il ərzində narkomaniya ilə bağlı artım 2 dəfədir: "Bu, rəsmi statistik məlumatlardır. Rəsmi statistikaya düşməyən hallar da kifayət qədər çoxdur. Narkomaniya ilə bağlı ciddi ölçülər götürülməlidir".
Deputat qeyd edib ki, alimentlərin verilməsi ilə bağlı problemlər var. O, bununla bağlı məhkəmələrdə kifayət qədər çox işlərin olduğunu söyləyib.
"Aliment Fondunun yaradılması ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik edilməsi yaxşı olardı", - deyə A.Əlizadə vurğulayıb.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 Fevral 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















