Icma.az
close
up
RU
Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir ŞƏRH

Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Narkomaniya, ötən yüzillikdə olduğu kimi, bu gün də qlobal problemlər sırasındadır. BMT-nin müvafiq strukturlarının hesablamalarına görə, hazırda dünyada təxminən 300 milyon insan narkotiklərdən müxtəlif formalarda əziyyət çəkir. Bu rəqəm dünya əhalisinin 15-64 yaş qrupunun təxminən 5 faizini təşkil edir.

Narkotik vasitələr dedikdə, ölkələrin qanunvericiliyində və 1961-ci ildə qəbul olunmuş Beynəlxalq Vahid Konvensiyada qeyd edilmiş, insan psixikasına təsir edən, eyforiya yaradan təbii və sintetik mənşəli preparatlar və bitkilər nəzərdə tutulur. Bu vasitələrin istifadəsi nəticəsində insanlarda xroniki intoksikasiya, tolerantlığın artması, psixi və fiziki asılılıq yaranır. Nəticədə, cəmiyyətdən təcrid olunma, sosial və iqtisadi problemlər, eləcə də cinayətkarlığın artması müşahidə edilir.

Azərbaycanda narkomaniya ilə mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir. 1998-ci ildən ölkəmiz BMT-nin “Narkotik vasitələr haqqında” və “Psixotrop maddələr haqqında” Konvensiyalarına qoşulmuş, 1999-cu ildə isə “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul olunmuşdur.

Bu gün ölkəmizdə narkomaniya ilə mübarizə çərçivəsində dörd Dövlət Proqramı icra edilir. 2025-2030-cu illəri əhatə edən proqram çərçivəsində hüquq mühafizə, sərhəd və gömrük orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı müasir texnologiyalardan istifadə edilməklə genişmiqyaslı əməliyyatlar aparılır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə prioritet istiqamətlərdən biridir. Dövlət və hüquq-mühafizə orqanlarının ardıcıl fəaliyyəti bu ümumbəşəri fəlakətin qarşısının alınmasında mühüm rol oynayır. Narkomaniya ilə mübarizədə hər bir vətəndaşın fəallığı vacibdir. Xüsusilə yeniyetmə və gənclərin maarifləndirilməsi, onlarda narkotiklərə qarşı müqavimət hissinin artırılması gələcək nəsillərin sağlam yetişməsində həlledici rol oynayır.

Bu ümummilli bəlanın dəf edilməsində həm dövlətin, həm də cəmiyyətin birgə səyləri zəruridir. Siqaret və spirtli içkilərdən tutmuş müxtəlif narkotik maddələrə qədər bütün zərərli vərdişlər gəncləri təhlükə ilə üz-üzə qoyur. Bu vərdişlərin təsiri altında QİÇS və digər yoluxucu xəstəliklərə yoluxma riski də ciddi şəkildə artır. Zərərli vərdişlərin geniş yayılmasının əsas səbəblərindən biri maarifləndirmə işinin yetərincə güclü olmamasıdır. Təhsil müəssisələrində və idman cəmiyyətlərində məlumatlandırma işinin zəif təşkili, informasiya qıtlığı gəncləri riskli davranışlara meyilli edir. İİV immun sistemini mütəmadi şəkildə zəiflədən virusdur və QİÇS onun terminal mərhələsini təşkil edir. İnfeksiyanın səbəb olduğu immun çöküş vərəm, kandidoz, herpes və digər opportunistik infeksiyaların yaranmasına çevik zəmin yaradır. Rəsmi statistikaya əsasən, 2024-cü ildə 4 967 nəfər, 2023-cü ildə isə 3 796 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb. Ümumilikdə ötən il 40 490 nəfər, 2023-cü ildə isə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub.

Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycan Respublikasının bugünkü münasibətini xarakterizə edir.

Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırır. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

Müğan Süleyman oğlu Əliyev(Müqamət)

Gənc Vətənpərvərlər İctimai Birliyin sədri, ictimai xadim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri