Icma.az
close
up
RU
Narkomaniya ilə mübarizədə birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir Sosioloq

Narkomaniya ilə mübarizədə birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir Sosioloq

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-mart aylarında hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2325 fakt qeydə alınıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Onlardan 679-u narkotik vasitələrin qanunsuz satışı, 1638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin1 ton 908 kq 958,14 qramını marixuana, 137 kq 897, 45 qramını heroin, 50 kq 206,512 qramını tiryək, 30kq 759,3 qramını həşiş, 21kq 101,767 qramını digər narkotik vasitələr və 56 kq 086,613 qramını psixotrop maddələr təşkil edib.

Həmçinin, göstərilən dövr ərzində 2174 ədəd metadon, 15 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 58 milyon 539 min AZN kimi qiymətləndirilir.

Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, narkomaniya ilə mübarizə hər zaman kompleks bir yanaşma və total, hərtərəfli həll tələb edir:


“Yəni bu yalnız hüquq mühafizə orqanlarının və dövlətin iştirakı ilə yox, həm də cəmiyyətin hər bir fərdinin fəal iştirakı ilə həll olunası bir məsələdir. Əlbəttə ki, hər şeydən öncə narkotiklərin yayılmasının qarşısını almaq üçün preventiv tədbirlər ön planda olmalıdır. Bu məqsədlə gənclər arasında məktəblərdə, universitetlərdə QHT-lər tərəfindən narkotiklərə qarşı hərtərəfli maarifləndirmə kampaniyaları keçirilməlidir. Gənclərin müsbət fəaliyyətlərə cəlb olunması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün sosial layihələrin təşviq edilməsi də vacibdir. Digər tərəfdən, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının sahəsi deyil. Bu məsələyə tibb işçiləri, psixoloqlar, sosial işçilər, hüquqşünaslar və hətta ictimai fəallar da daxil olmalıdır. Son tədbir olaraq isə  narkotik ticarətinə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının gücləndirilməsi, sərt qanunların tətbiqi və narkotik maddələrin istehsalına qarşı beynəlxalq əməkdaşlığın artırılması vacibdir. Ancaq unutmamalıyıq ki, narkomaniya ilə mübarizə təkcə cəzalandırma yolu ilə həll edilə bilməz, bu həm də insanların sosial, iqtisadi və psixoloji vəziyyətini yaxşılaşdıracaq tədbirlər görməklə mümkündür. Bu yolda bütün dövlət strukturlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və həmçinin media qurumlarının birgə fəaliyyəti böyük əhəmiyyət kəsb edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Aprel 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri