Icma.az
close
up
RU
Narkotestlə bağlı nəticələrə belə etiraz etdilər

Narkotestlə bağlı nəticələrə belə etiraz etdilər

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, ötən həftə 19 türkiyəli məşhurdan götürülən narkotestlərin nəticələri açıqlanıb və onlardan bəzilərinin qanlarında narkotik maddə müəyyən edilib.

“Qafqazinfo”nun “Haberler”ə istinadən məlumatına görə, qanında narkotik maddə aşkarlanan aktrisa Birce Akalay nəticəyə etiraz edəcəyini açıqlayıb.

“Sizə bildirmək istəyirəm ki, ən qısa zamanda vəkilim vasitəsilə Məhkəmə Tibbi Ekspertizanın rəyinə etiraz edəcəyəm, təbii ki, əgər doğrudursa. Hörmətlə”, - deyə aktrisa bildirib.

Narkotestdə nəticələri müsbət çıxan digər tanınmışlar isə aktrisa Defne Samyelinin qızları Deren və Derin Taludur.

Bacılar nəticə ilə bağlı birgə bəyanat yayıblar: “Şokdayam. Həyatımda heç vaxt narkotik istifadə etməmişəm. Nəticələr doğru deyil. Birinin adını qaralamaq bu qədər asandırmı? Yalnız qanımdakı sertralinlə bağlı nəticə doğrudur, mənim qəbul etdiyim antidepressant dərmanlardır. Bir daha anladım ki, antidepressanlartdan istifadə etmədən bu ölkədə yaşamaq mümkün deyil. Başqa xəstəxanada yenidən testdən keçəcəyəm və adımın qaralanmasına icazə verməyəcəyəm”.

Defne Samyeli isə Məhkəmə Tibbi Ekspertizanın rəyinə inanmadıqlarını söyləyib: “Mən təkcə narkotikə deyil, hətta siqaretə də qadağa qoyulmasını müdafiə edən biriyəm. Narkotiklərin qanunsuz dövriyyəsi, yayılması ilə mübarizədə dövlətin effektivliyi artıq böyük bir sual altındadır. Bu insanların tez-tələsik necə aşkara çıxarıldığı, barələrində şikayətin necə verildiyi barədə bizə, ailələrə məlumat verilməyib. Başqa bir xəstəxanada uşaqlarım üçün bu testləri yenidən aparacağıq”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri