Icma.az
close
up
RU
Narkotik çəkən “Shacman” sürücüsü həbs olundu VİDEO

Narkotik çəkən “Shacman” sürücüsü həbs olundu VİDEO

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Narkotik vasitənin təsiri altında çoxsaylı qayda pozuntularına yol verən sürücü saxlanılıb.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, DYP əməkdaşları tərəfindən Bakı–Qazax avtomobil yolunun 290-cı kilometrliyində dövlət qeydiyyat nişanı olmayan “Shacman” markalı yük avtomobilinə “saxla” işarəsi verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və hərəkətini davam etdirib. O, məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edərək digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradıb. Görülmüş zəruri tədbirlər nəticəsində nəqliyyat vasitəsi saxlanılıb.

Araşdırma zamanı sürücünün Güloğlan Həsənov olduğu müəyyən edilib. Onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi, eyni zamanda sürücülük hüququ olmadan, həmçinin kütlə parametrlərinin aşılması ilə bağlı təkrar qayda pozuntusuna yol verdiyi məlum olub.

Saxlanıldıqdan sonra sürücü tərəfindən süni gərginlik yaratmaq cəhdləri müşahidə edilsə də, yol-patrul xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınaraq həmin cəhdlərin qarşısı vaxtında alınıb.

G.Həsənov barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri yolverilməzdir və bu kimi hallara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Yanvar 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri