Narkotik çəkib avtomobil sürdü 15 sutka cəza aldı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Mingəçevir şəhər sakini İlyas Hüseynov “Ford” markalı avtomobili idarə edərkən işıq cihazlarından düzgün istifadə etmədiyi üçün yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı İ.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən olunub. Məhkəmənin qərarı ilə İ.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 23 İyun 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















