Icma.az
close
up
RU
Narkotik maddələr davranış və psixologiyada ciddi dəyişikliklər yaradır

Narkotik maddələr davranış və psixologiyada ciddi dəyişikliklər yaradır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Narkotik maddələrin orqanizmə təsiri qəbul edilən maddənin növündən və istifadənin tezliyindən asılı olaraq dəyişir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov Səhiyyə Nazirliyinin “Instagram” hesabında keçirilən canlı yayımda danışıb.

Mütəxəssis xüsusilə opium və oxşar narkotiklərin insan psixikasına ilkin mərhələlərdə sakitləşdirici və eyforiya yaradan təsir göstərdiyini bildirib. Lakin zaman keçdikcə bu təsirin azaldığını qeyd edən F.Sadıqov vurğulayıb ki, istifadəçi həmin effekti yenidən əldə etmək üçün dozanı artırmağa məcbur olur. Bu isə həm fiziki, həm də psixoloji asılılığın dərinləşməsinə gətirib çıxarır.

Onun sözlərinə görə, kannabinoid tərkibli maddələr də insanlarda rahatlıq və eyforiya hissi yaratdığı üçün tez adaptasiya olunur və asılılıq riskini artırır:

“Kannabinoidlər sakitlik və yüngül eyforiya yaratdığına görə yeniyetmələr və gənclər arasında daha çox yayılır. Lakin bu maddələr də zamanla həm davranış dəyişikliklərinə, həm də psixoloji asılılığa səbəb olur”.

Baş direktor psixostimulyatorların isə daha kəskin davranış dəyişikliklərinə yol açdığını vurğulayıb:

“Bu maddələrdən istifadə edən şəxslərdə həddindən artıq aktivlik, çox danışmaq, aqressivlik, yerində dura bilməmək, uzun müddət yuxusuz qalmaq, hətta sutkalarla yatmamaq kimi hallar müşahidə edilə bilər. Bu dəyişikliklər bəzən qısa zamanda yaranır və ailələrin diqqətini çəkməlidir”.

F.Sadıqov xüsusilə məktəb yaşlı uşaqlarda narkotik istifadəsinin ilkin əlamətlərinə diqqət yetirilməli olduğunu bildirib. Onun sözlərinə görə, valideynlər övladlarında davranış və psixoloji dəyişiklikləri, həmçinin siqaret və digər şübhəli qoxuları hiss etdikdə dərhal mütəxəssisə müraciət etməlidirlər.

Mütəxəssis əlavə edib ki, narkomanlığa qarşı mübarizədə valideyn nəzarəti, məktəblərdə maarifləndirmə işləri və təhlükəli vərdişlərin erkən aşkarlanması əsas şərtlərdən biridir.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri