Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
Bu barədə Bakıvaxtı.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Xəzər Quliyevə “saxla” işarəsi verilib.
Araşdırma zamanı onun narkotik vasitənin təsiri altında və sürücülük ahüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
X.Quliyev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 26 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















