Icma.az
close
up
RU
Narkotiklə bağlı maarifləndirmə tədbirləri davamlı olmalıdır ŞƏRH EDİLDİ

Narkotiklə bağlı maarifləndirmə tədbirləri davamlı olmalıdır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Narkomaniya ilə mübarizə yalnız tək-tək keçirilən aksiyalarla məhdudlaşmamalı, davamlı və sistemli maarifləndirmə ilə müşayiət olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin rəhbəri Büllur Məmmədova deyib .

O bildirib ki, bu problemə qarşı cəmiyyətin hər sahəsində – təhsil müəssisələrində, mədəniyyət ocaqlarında, sosial mediada və yerli icmalarda ardıcıl şəkildə maarifləndirmə aparılmalıdır: "Narkomaniya ilə mübarizə yalnız hüquqi çərçivədə deyil, həm də sosial və psixoloji səviyyədə aparılmalıdır. Xüsusilə, regionlarda həyata keçirilən layihələr gənclərə birbaşa təsir imkanına malikdir və bu səbəbdən belə təşəbbüslər daha geniş coğrafiyanı əhatə etməlidir".

"08–15 mart tarixlərində Vyanada BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyasında iştirak edərkən bir daha əmin oldum ki, narkomaniya ilə mübarizə yalnız hüquqi və tibbi aspektlərdən ibarət deyil. Gənclərin dili dəyişir. Onların toxunduqları sahələr, yaratdıqları məkanlar, ifadə üsulları da dəyişir. Bu dəyişikliklər içində yaradıcı sənayelər – musiqi, vizual sənətlər, dizayn, teatr və moda – önəmli bir vasitəyə çevrilir.

Yaradıcı sənət yalnız estetik deyil, həm də mesaj daşıyıcısıdır. Narkotik vasitələrdən uzaq durmaq çağırışı rəsmi dildə deyil, rənglə, musiqi ilə, hərəkətlə deyiləndə daha dərin təsir bağışlayır. Məhz bu səbəbdən, Vyanada iştirak etdiyim sessiyalar zamanı fikirlərimi bu yöndə paylaşmaq və yeni tərəfdaşlarla bu sahədə əməkdaşlıq imkanlarını müzakirə etmək mənim üçün çox önəmli idi. Tədbirdən sonra şəhəri gəzdiyim zaman, Vyananın küçə sənətində, klassik musiqi ruhunda və yaradıcı atmosferində də bu gücü hiss etdim. Mədəniyyət və yaradıcı yanaşma, narkomaniyaya qarşı mübarizədə hələ tam istifadə olunmamış bir potensialdır" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri