Azərbaycan Ordusunda daşqaldırma üzrə birincilik keçirilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusu üzrə daşqaldırma birinciliyi keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra polkovnik Cavid Ağayev birinciliyin məqsədi, əhəmiyyəti və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Ardınca komandaların tərkibi yoxlanılıb, püşkatma keçirilib və iştirakçıların çəki dərəcələri müəyyənləşdirilib. Hərbi qulluqçulara müvafiq qaydalar və təhlükəsizlik tədbirləri izah edildikdən sonra birinciliyə start verilib.
Yarışda Azərbaycan Ordusunun qoşun növlərini, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 6 çəki dərəcəsində 11 yığma komanda iştirak edib.
Yekun nəticələrə əsasən, “Quru Qoşunları” komandası birinci, “Heydər Əliyev adına Hərbi İnstitut” komandası ikinci, “Hərbi Hava Qüvvələri” və “Xüsusi Təyinatlı Qüvvələr” komandaları isə üçüncü yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsi üzrə qalib iştirakçılara medallar, komanda hesabında ən yüksək nəticə göstərən yığma komandaya isə kubok və fəxri fərmanlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Noyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















