Göygöldə Dövlət Proqramının icra vəziyyəti araşdırılıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Göygöl, 21 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın yerlərdə icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Göygöl rayonunda növbəti monitorinq təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monitorinq çərçivəsində iri fermer təsərrüfatlarına, intensiv bağçılıq və tingçilik bağlarına baxış keçirilib. Həmçinin, soyuducu anbar, emal müəssisələrinin və heyvanlar üçün karantin mərkəzinin yaradılması istiqamətində yerli sahibkarlarla görüşlər baş tutub.
Tədbirin əsas məqsədi Dövlət Proqramından irəli gələn vəzifələrin icra səviyyəsini yoxlamaq, rayonun aqrar potensialından səmərəli istifadə imkanlarını araşdırmaq, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi vəziyyəti ilə tanış olmaq və istehsal göstəricilərini yerində təhlil etmək olub.
Baxış zamanı təsərrüfat rəhbərləri və sahə mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparılıb. Rayonun aqrar sektorunun davamlı inkişafının təmin edilməsi, məhsuldarlığın və istehsal həcminin artırılması, eləcə də yerli əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti qurumların məsul şəxslərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Müxbir - Elcan Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Noyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















