Icma.az
close
up
RU
Narqis Vik: Almaniya Azərbaycanda innovativ BOEM mərkəzinin yaradılmasında mühüm rol oynaya bilər

Narqis Vik: Almaniya Azərbaycanda innovativ BOEM mərkəzinin yaradılmasında mühüm rol oynaya bilər

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) üzrə innovativ mərkəzin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Narqis Vik bildirib.

"Almaniya iqtisadiyyatı Azərbaycanda böyük hörmət və nüfuz qazanıb və biz ölkənin inkişafında, xüsusilə də innovativ BOEM mərkəzinin yaradılmasında və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - TBNM) boyunca infrastrukturun genişləndirilməsində mühüm rol oynaya bilərik. Bizim töhfəmiz təkcə texnologiyalar deyil, ilk növbədə, uzunmüddətli və davamlı artımı təmin edən “nou-hau”nun ötürülməsidir", - o qeyd edib.

Azərbaycanın planlarına uyğun olaraq, 2027-ci ilə qədər ölkədə ümumi gücü təxminən 2 QVt olan sənaye miqyaslı günəş və külək elektrik stansiyası tikiləcək. Layihələrə ümumi investisiya qoyuluşu 2,8 milyard ABŞ dolları məbləğində qiymətləndirilir və xarici və yerli sərmayələr hesabına maliyyələşdiriləcək.

Bu planların həyata keçirilməsi ildə 5,3 milyard kVt/saat "yaşıl enerji" istehsal etməyə, enerji sistemində BOEM-in payını 32,6 %-ə çatdırmağa, ildə 1,2 milyard kubmetr qaza qənaət etməyə və istixana qazı emissiyalarını 2,5 milyon ton azaltmağa imkan verəcək.

Azərbaycan 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən 7 QVt enerji istehsal etməyi planlaşdırır ki, bunun da QVt-ı ixrac olunacaq.

Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən Orta Dəhliz regional logistikanın inkişafında mühüm rol oynayır. 2023-cü ildə Azərbaycan, Gürcüstan və Qazaxıstan tranzit daşımalarının səmərəliliyini artırmaq üçün “Middle Corridor Multimodal Ltd.” müştərək dəmir yolu şirkətinin yaradılması haqqında saziş imzalayıb.

2024-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu həcmin 5,2 milyon tona qədər artacağı proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu TBNM-in üzv ölkələrinin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonunu quru yüklər (96 min TEU), 1,7 milyon tonunu isə neft təşkil edəcək.

2027-ci ilə qədər marşrutun ötürmə qabiliyyətinin 10 milyon tona çatdırılacağı gözlənilir, bu isə onun Avrasiya logistikası üçün strateji əhəmiyyətini son dərəcə artıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see298

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see263

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see233

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see213

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see156

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see153

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see145

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see140

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see137

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see137

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see137

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see136

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see130

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see128

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see126

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see126

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see125

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see123

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri