NASA Mars şəfəqinin qeyri adi görüntüsünü yayımlayıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qahirə, 8 oktyabr, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “Curiosity” aparatının çəkdiyi Mars şəfəqinin möhtəşəm və qeyri-adi görüntüsünü yayımlayıb.
AZƏRTAC xəbər verir ki, şəkildə milyardlarla il əvvəl formalaşmış uca qaya quruluşlarını işıqlandıran Günəş şüaları görünür. Görüntü Günəşin Mars səthində doğmasından təxminən bir saat sonra çəkilib. Ərazidə külək və atmosfer təsirləri nəticəsində uzun zaman ərzində formalaşmış qayalı yamaclar yerləşir.
NASA bildirir ki, üfüqdə görünən qaya quruluşları aparatın indiyədək tədqiq etdiyi təbəqələrdən fərqli olan geoloji təbəqəyə aiddir. Onun ehtimalına görə, bu təbəqə küləklərin daşıdığı çöküntülərdən əmələ gəlib, daha sonra eroziya nəticəsində aşınıb və “Yardanq” adlanan silsiləvari təpələr formalaşdırıb.
Alimlərin hesablamalarına görə, bu təbəqə təxminən 3 milyard il əvvəl yaranıb və Marsın Qeyl kraterinin mərkəzində yerləşən Şarp dağının şimal-qərb kənarları boyunca təxminən 16 kilometr məsafəyə uzanır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 08 Oktyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















