Icma.az
close
up
RU
NASA nın köhnə peyki qəfil canlandı və kosmosda partladı

NASA nın köhnə peyki qəfil canlandı və kosmosda partladı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Avstraliyanın Kertin Universitetinin astronomları nadir enerjili partlayış qeydə alıblar. Bu partlayışın mənbəyi NASA-ya məxsus, artıq 50 ildən çoxdur fəaliyyətsiz olan Relay 2 peyki olub. 1964-cü ildə orbitə buraxılan və 1967-ci ildə istismardan çıxarılan bu aparat qəfil olaraq milyardda bir saniyəlik enerjili impulsla "canlanıb".

Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, əvvəlcə tədqiqatçılar bu enerjili siqnalın bir pulsardan və ya naməlum kosmik cisimdən gəldiyini düşünüblər. Analizlər göstərib ki, partlayış Yerdən cəmi 4500 km məsafədə baş verib. Bu isə onun Yer ətrafında dövr edən bir peykdən qaynaqlandığını təsdiqləyib.

Ətraflı araşdırmadan sonra siqnalın mənbəyi kimi Relay 2 müəyyən edilib. Alimlərin fikrincə, bunun səbəbi mikrometeoridin və ya kosmik tullantıların yaratdığı toqquşma nəticəsində baş verən elektrostatik və ya plazmatik boşalma ola bilər:

"Mikrometeoridlə toqquşmadan sonra baş verən elektrostatik və ya plazmatik boşalma partlayış üçün inandırıcı izahdır", deyə araşdırmada qeyd edilir.

Necə mümkün oldu?

Kosmik aparatların səthi illər ərzində kosmosdakı plazma ilə qarşılıqlı təsirdə olaraq elektron yüklərlə dolur. Bu yüklər müəyyən həddə çatdıqda, kosmik gəminin səthindəki müxtəlif materiallar arasında qəfil boşalma baş verə bilər. Bu hadisədə qeydə alınan impuls son dərəcə qısa — cəmi milyardda bir saniyə olsa da, onun gücü gecə səmasında digər siqnalları kölgədə qoyub.

Hadisənin əhəmiyyəti

Bu hadisə peyklərin təhlükəsizliyi və kosmosun monitorinqi üçün texnologiyaların yenilənməsi zərurətini gündəmə gətirib. Tədqiqatçılar ehtimal edirlər ki, bu kimi hadisələr kosmosda daha çox baş verir, lakin indiyə qədər onları qeydə almağa imkan verən texnologiyalar mövcud deyildi:

"Biz düşünürük ki, bu partlayış elektrostatik boşalma və ya mikrometeoridin toqquşması nəticəsində baş verib və bu cür hadisələr nisbətən geniş yayılmış ola bilər", deyə alimlər bildiriblər.

Samir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 İyun 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri