NASA nın 23 milyon dollarlıq tualeti kosmosda dondu
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
NASA astronavtlarının 23 milyon dollar dəyərində olan tualeti nasazlıq səbəbilə problem yaradıb.
Axşam.az xəbər verir ki, “Orion” kosmik gəmisinin Aya uçuşu cəmi dördüncü günündə olsa da, bu artıq sanitar sistemlə bağlı ikinci nasazlıqdır. Əvvəlcə nasosda problem yaranıb, lakin qısa müddətdə aradan qaldırılıb. Bu gün isə boru kəmərinin donması nəticəsində tıxanma baş verib.
Problemin həlli üçün gəmi Günəşə tərəf istiqamətləndirilib ki, sistem isinərək normal işləsin. Bu müddət ərzində ekipaj üzvləri müvəqqəti olaraq xüsusi paketlərdən istifadə etməli olublar.
Nəticədə, tualet sistemi yenidən işlək vəziyyətə gətirilib.
Qeyd edək ki, "Artemis II" missiyası zamanı yalnız Ayın ətrafında uçuş planlaşdırılıb. Ay səthinə eniş isə növbəti mərhələ — Artemis III missiyasında həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 05 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















