NASA tarixi həddə çatır
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
NASA-nın "Voyager 1" zondu yeni kosmik sərhədə yaxınlaşır.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, zond noyabrın 18-də Yer kürəsindən 1 işıq günü - təxminən 26 milyard kilometr məsafədə olan ilk kosmik gəmi olacaq.
Qeyd edək ki, "Voyager 1" 5 sentyabr 1977-ci ildə buraxılıb. Onun əkizi "Voyager 2" isə 20 avqustda kosmosa göndərilmişdi. Bir neçə aydan sonra "Voyager 1" əkizini keçərək ən uzaq kosmik gəmi olub. Zond Yupiter və Saturn, həmçinin onların peykləri haqqında Yerə çoxlu yeni məlumatlar göndərib. 2012-ci ilin avqustunda isə Günəş sisteminin sərhədi sayılan heliosferi keçən ilk kosmik gəmi olub. "Voyager 2" fərqli trayektoriya ilə hərəkət edərək Uran və Neptunu ziyarət edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















