Icma.az
close
up
RU
Nasistin buynuzu olmur ki...

Nasistin buynuzu olmur ki...

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Haylarda bu düşüncənin mifdən mental dəyərlərə çevrilmək təhlükəsi var

“Əgər İkinci dünya müharibəsində faşist Almaniyası qələbə qazansaydı, bunun Ermənistan üçün çox böyük faydası ola bilərdi”. Bu sərsəm tezisin müəllifi Ermənistan müdafiə nazirliyinin keçmiş rəsmi nümayəndəsi, 44 günlük müharibənin gedişində fərarilik edən erməni ordusunun, guya, “taktiki geri çəkilmə manevrləri” barədə feyk-açıqlamaları az sonra lətifəyə çevrilmiş Artsrun Ovannisyandır. Ermənistanın ictimai televiziyasına müsahibəsində nasist Almaniyasının müharibədə qələbəsinin Ermənistana böyük fayda verə biləcəyini deyən “hərbi strateq”in sözlərinə görə, “Stalinqrad döyüşü nasistlərin Türkiyəni işğal etməsinə və “vahid Ermənistan” yaratmasına mane oldu”.

Bu, hələ harasıdır? İrəvan isteblişmentində, cəmiyyətin özündə birmənalı qarşılanmayan, qalmaqala səbəb olan müsahibəsində tarixi-fəlsəfi “araşdırmasını” davam etdirən Ovannisyan beynində uydurduğu mifi dövriyyəyə buraxmaqdan çəkinmir. Vəziyyəti qəlizləşdirən odur ki, bu faşist tezisləri müstəqil ekspert, yaxud bloger yox, hazırda Ermənistan müdafiə nazirliyinin hərbi akademiyasında marşal Baqramyan adına komanda–qərargah institutuna rəhbərlik edən şəxs irəli sürür. Onun neofaşist düşüncələrinin hayların mental dəyərləri ilə nə qədər üst-üstə düşdüyünü deməkdə çətinlik çəkirik. Amma XXI əsrdə ali irq doktrinasını bəyan edənin faşistdən nə fərqi var? Ovannisyan hesab edir ki “haylar üçün ən çətin miflərdən biri Stalinqrad döyüşünün, guya, Ermənistanı türk işğalından xilas etməsidir”.

Uğursuz hərbçi bu qənaəti ilə Ermənistan baş naziri Paşinyanı çıxılmaz vəziyyətə salıb. Çünki ortaya təbii və məntiqi sual çıxır: Nikol Vovayeviç Moskvada keçirilən Qələbə paradına müdafiə nazirliyinin nəhəng institutunun rəhbərinin faşist Almaniyasını dəstəkləməsinə və onun törətdiyi cinayətlərə haqq qazandırmasına həmrəyliyini göstərməkdən ötrü getmişdi?!

***

Təxminən yüz il bundan əvvəl nasistlərin başçılıq etdiyi Almaniyanın – III Reyxin hədəflərinin heç də xalqlara azadlıq bəxş etmək olmadığı hamıya gün kimi aydın idi. Hitler hakimiyyətinin doktrinası ali irqin iyerarxiya prinsipləri üzərində qurulduğundan, faşistlərin prinsiplərinə görə SSRİ və Yaxın Şərqin xalqları kimi ermənilər də “aşağı zümrəyə” aid edilirdi. Ovannisyanın nasistlərin haylar üçün ayrıca dövlət yaratmaq barədə dedikləri mifdən və xam xəyaldan başqa bir şey deyil. O deyir ki, 1940-cı illərin nasist sənədlərində Ermənistan potensial işğal zonaları sırasına daxil edilib və ermənilər bir etnik qrup kimi hüquqların məhdudlaşdırılmasına, deportasiyaya və hətta məhvə məruz qalıblar. Bununla Artsrun Ovannisyan mahiyyət etibarilə anti–faşist hərəkatını, xalqların bununla mübarizəsinin legitimliyini şübhə altına almış olur. Bu, mülahizə deyil, ideoloji təxribatdır. Avropada və dünyada sağ təmayüllü qüvvələrin, neonasizmin yenidən baş qaldırdığı indiki şəraitdə Ermənistan odla oynayır. İstənilən bəhanə ilə Hitlerə və ya nasizmə haqq qazandırmağa edilən cəhdlər həqiqətə, ədalətə, əxlaqa və vicdana qarşı cinayətdir. XXI əsrdə Hitlerin qələbəsinin “faydalı” ola biləcəyini söyləmək 60 milyondan çox insanın ölümündə günahkar olan irqçi rejimə haqq qazandırmaq vəhşiliyin və siyasi əxlaqsızlığın təzahürü sayıla bilər!

Məğlub ordunun keçmiş sözçüsünün açıqlamaları faşizmə qarşı vuruşanların, o cümlədən döyüş meydanlarında həlak olmuş ermənilərin xatirəsinə təhqirdir. Ən nəhayətdə, bu, Ovannisyanın işlədiyi hərbi institutun adını daşıdığı həmin marşal Baqramyanın məzarına tüpürməkdir!

Ermənistan rəsmisinin dilindən səslənən belə avantürist, təhqiramiz, təxribatçı açıqlamaların Rusiya, eləcə də İsrail cəmiyyətində və mediasında hansı reaksiyanı doğuracağını izləmək maraqlı olardı. Axı mahiyyət etibarilə Ovannisyan məlum açıqlaması ilə nasist Almaniyasının yəhudi xalqına qarşı soyqırımı cinayətinə haqq qazandırır. Onun qənaətini təsadüfi hesab etmək olmaz. Çünki Ermənistanda uzun müddətdir ki, dövlət səviyyəsində nasist ideologiyasının təbliğatı gedir, milli nasistlərin reabilitasiya və şöhrətlənməsi ənənəsi davam edir. Bunu 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradındakı çıxışında Prezident İlham Əliyev “erməni faşizmi bir daha baş qaldırsa, nəticə də eyni olacaq. Azərbaycanın dəmir yumruğu yenə onların belini qıracaq” ismarıc-xəbərdarlığı ilə bütün ovannisyanlara xatırlatmışdı.

Bəs, İrəvanın mərkəzində Qaregin Njdeyə heykəl qoyulmasının adı nasistlik deyilsə, nədir? Məgər nasistlərin buynuzu vardı? Bu adam nəinki nasistlərlə əməkdaşlıq edirdi, həm də faşist ideologiyasının fəal şəkildə təbliğatçısı idi. Paradoksa diqqət edin: hərbi cinayətkar kimi məhkum edilən Njdenin heykəlinin açılışını Xocalı qətliamının müəllifi, ondan daha betər nasist Serj Sarkisyan edib. Moskvanın, Tel-Əvivin tələblərinə baxmayaraq, özünü “anti–koçaryançı”, “anti–serjikçi” kimi qələmə verən baş nazir Nikol Paşinyan hakimiyyəti dövründə bu abidəni sökmədi. Əksinə, Njdenin idollaşdırılması, vəsf edilməsi Ermənistanda faşist əhval-ruhiyyənin artmasına səbəb oldu. Biz buna aprelin 24-də İrəvanın mərkəzində bir vaxtlar faşistlərin Almaniyada keçirdikləri “məşəl yürüşü”nün bənzərini təşkil edəndə bir daha əmin olduq. Həmin aksiya zamanı Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının yandırılması məhz erməni faşizminin təzahürü idi.

***

Beləliklə, Artsrun Ovannisyanın bəyanatı təsadüfi deyil, əksinə, məntiqi olaraq erməni adət-ənənələrinin və mentalitetinin ümumi mahiyyətindən irəli gəlir. Özləri dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli cinayətlər törədənlər həmişə “faşist Almaniyasının qələbəsi Ermənistana daha çox fayda verə bilərdi” fikrini irəli sürəcəklər.

Vətən müharibəsinin davam etdiyi 2020-ci ilin oktyabrında beynəlxalq vasitəçilərin istəyinə uyğun olaraq, 3 dəfə humanitar atəşkəs razılaşması əldə edilsə də, bu rejim Ermənistan tərəfindən pozuldu. İrəvan razılaşmanı pozaraq gecə saatlarında iki dəfə Gəncəni, bir dəfə Tərtər sakininin dəfn mərasimini bombaladı. Bərdəyə “Smerç” tipli raket atdı, Mingəçevirə raket zərbəsi endirdi, Goranboy, Daşkəsən, Tovuz rayonunun dinc sakinlər yaşayan kəndlərini atəşə tutdu. Ermənilərin terror əməlləri nəticəsində 91 dinc sakin öldü, 400 mülki şəxs yaralandı. Ölənlərdən 11-i uşaq idi. Bu terror aktlarından sonra erməni tərəfi Azərbaycanın dünyaya təqdim etdiyi faktları israrla təkzib etsə də, “Human Rights Watch” və “Amnesty İnternational” kimi hətta bizə çəpəki baxan beynəlxalq təşkilatlar belə Bərdədə dinc sakinlərin kaset sursatlı silahlardan atəşə tutulması faktını təsdiqlədilər. Əgər o vaxta qədər Ermənistan öz hərbi cinayətlərinə görə məsuliyyəti boynundan atırdısa, müdafiə nazirliyinin sözçüsü Artsrun Ovannisyanın “Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var” bəyanatı ilə indiyədək törətdikləri və 100-dək dinc sakinin ölümünə səbəb olan terror vəhşiliyinə görə məsuliyəti, faktiki olaraq, öz üzərinə götürmüş oldu. Əslində, Ovanisyanın bəyanatı döyüşdə hər gün qələbə çalan Azərbaycan tərəfini dinc əhali və mülki obyektlərlə şantaj etmək cəhdi idi. Cəbhədə məğlubiyyətlər artdıqca, erməni tərəfinin mülki hədəflərinin sayı da çoxalırdı.

“Biz elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın” fikri də Azərbaycan liderinə məxsusdur. İlham Əliyev cari ilin yanvarında yerli telekanallara müsahibəsində “erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir”, “Ermənistanı “faktiki olaraq faşist dövləti”dir ifadələrini də təsadüfən işlətmədi.

Azərbaycan bölgədə separatizmin kökünü birdəfəlik kəsdi, qalır faşizmi hayların düşüncəsindən silmək. “Faşizm ya Ermənistan rəhbərliyi tərəfindən məhv edilməlidir, ya da onu Azərbaycan məhv edəcək”. Dövlətimizin başçısı reallığa və siyasi qətiyyətə söykənən qənaətini bu ilin martında Ağdamın Sarıcalı kəndinin sakinləri ilə görüşdə səsləndirdi. Nəticə çıxarmağı İrəvanın öhdəsinə buraxırıq.

Tofiq ABBASOV,
siyasi şərhçi

– Ermənistanda siyasi qüvvələrin palitrası aciz vəziyyətdə və yolayrıcındadırlar. Bilinmir ki, bunlar solçudur, sağçıdır, nasionalistdir, praqmatisrdir, yoxsa faşistdirlər. Amma biz onların sitayiş etdikləri simvollara diqqət yetirsək, görərik ki, kimləri göylərə qaldırır, kimləri özlərinin qəhrəmanları hesab edirlər. Milli simvola çevirdikləri Qaregin Njde, Dro, Amazasp, Ozanyan və başqaları qaniçən barbar, faşist olublar. Azərbaycana məxsus İrəvanın mərkəzində qatı nasist Njdeyə altımetrlik heykəl ucaldanların hansı məsləyə qulluq etdikləri məlumdur. Məsələ ondadır ki, bunlar həmişə daxili aləmlərində ucalığa, möhtəşəmliyə, əzəmətə sitayiş edir və buna layiq olduqlarını düşünürlər. Əlbəttə, əslində elə deyil.

İkinci Qarabağ müharibəsində Ermənistan müdafiə nazirliyinin sözçüsü kimi çıxış edən Ovannisyan öz xalqına ağ yalanlar danışırdı. Şəhərlərimizi, kəndlərimizi Azərbaycan Ordusuna təslim edib geri çəkildikcə, deyirdi ki, bu, qələbə üçün atılan taktiki addımlardır. Bunun özü də əsas məsələ sayılmır. Öz gücünə inanan, hərbi-siyasi iradəsinə söykənən ordunun heç vaxt 15 min fərarisi olmaz. Çünki bizim əsgərimizlə döyüşə bilmədilər. İndi durub özlərini faşist Almaniyası ilə müqayisə etmələri də gülüncdür.

Bəli, Sovet İttifaqı arxasında Avropanın dayandığı faşist Almaniyasını məğlub etdi. O zaman alman xalqı 9 milyondan çox insan tələfatı ilə üzləşdi. Amma Sovet ordusu 30 milyona yaxın adam itirdi. Yəni, almanlar fərari ermənilərdən fərqli olaraq, vuruşurdular. İndi haylar xəyallarında özlərinə üstün dəyərlər qursalar da, o cür proseslərə hazır deyil. Daxilən cılız olanlar həmişə böyük məfhumlardan danışırlar. Bu, onların boyuna biçilmiş paltar deyil. Qaregin deyirdi ki, elə bir gün olmamalıdır ki, bir türk öldürməyək. O, hayların əsl xislətini ortaya qoyub.

Yeri gəlmişkən, əgər qardaş Türkiyə bu gün terrorizm üzərində qələbə qazanırsa, Azərbaycan bunu 2023-cü ilin sentyabrında həyata keçirib. Neonasistlərin cavabı budur.

İ.HƏSƏNQALA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see238

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see163

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see154

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see153

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see142

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see139

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see123

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see123

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see122

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see121

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri