Icma.az
close
up
RU
Natali Pronina Rəcəbli: Hər çempion uşaq idmanının inkişafına töhfə verməyə borcludur

Natali Pronina Rəcəbli: Hər çempion uşaq idmanının inkişafına töhfə verməyə borcludur

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paralimpiya çempionu, üzgüçü Natali Pronina-Rəcəbli kütləvi idmanın inkişafına, sağlam həyat tərzinə təşviqə və istedadlı uşaqların aşkarlanmasına yönəlmiş layihələri həyata keçirməyə davam edir.

İdman.biz xəbər verir ki, o, "Həmrəy ol, Qalib ol" ictimai birliyinin təsisçisi və rəhbəridir.

Həyat yoldaşı Cəsur Rəcəbli və həmfikirlərdən ibarət komandası ilə birlikdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir hazırlayır.

Pronina-Rəcəbli saytımıza müsahibəsində tədbirlə bağlı danışıb: "Bu, sevinclə, estafetlərlə, hərəkətərlə və uşaqlıq ruhu ilə dolu fəal bir gün olacaq. Tədbir 10 nəfərdən ibarət iki komandanın iştirakı ilə oyun-estafet formatında keçiriləcək. Bu, sadəcə əyləncəli yarış deyil, uşaqların özlərini komandanın bir hissəsi kimi hiss edəcəkləri, dəstək səslərinin eşidiləcəyi, özünə inamın və güvənin yaranacağı bir yer olacaq. Bu il xüsusilə önəmlidir ki, tədbiri inklüziv formatda keçirəcəyik – estafetlər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün də uyğunlaşdırılıb. Bu, bütün uşaqlar üçün bərabər olmaq, güclü olmaq və birlikdə olmaq imkanıdır".

O, həmçinin qeyd edib ki, son iki il ərzində “Həmrəy ol, Qalib ol” birliyi kənd və qəsəbələrdə 26 səyyar tədbir təşkil edib: “Bu tədbirlərdə artıq 1000-dən çox uşaq iştirak edib. Onların arasında onlarla həqiqi istedad gördük. Bəziləri artıq idman bölmələrində məşqlərə başlayıb və inanılmaz irəliləyiş nümayiş etdirirlər.”

Pronina-Rəcəbli dəstəyə ehtiyaclarının olduğunu da vurğulayıb: “Hazırda biz növbəti, çox vacib mərhələnin astanasındayıq – daha çox uşağı əhatə edən inklüziv sistemli proqramların yaradılması. Bunun üçün bizə həqiqətən dəstək lazımdır.”

Paralimpiya çempionu sözlərinə belə davam edib: “Hazırda biz – gördüyü işə həqiqətən inanan çox az sayda insanıq. Bütün bu fəaliyyətləri təşkilat və ya şirkətlərin dəstəyi olmadan həyata keçiririk. Amma gizlətmirəm ki, 1 iyun tədbiri üçün hazırlıq zamanı bizə bəzi əsas şeylər çatışmır: texniki məsələlər və tədbirin sonunda komandaların mükafatlandırılması üçün xatirə hədiyyələri. Adətən heç kimdən kömək istəmirik, amma söhbət uşaqlardan gedirsə, hər kəsin anlayışına səmimi şəkildə ümid edirəm”.

Nətali Pronina-Rəcəbli uşaq idmanının inkişafı ilə bağlı fikirlərini də bölüşüb: “Hər birimiz bir vaxtlar bu uşaqların yerində olmuşuq. Bəli, bu gün biz çempionuq, rekordçuyuq, qəhrəmanıq. Amma hər birimiz bir vaxtlar dəstəyə ehtiyac duymuşuq. Mən də. Ola bilər ki, uşaqlıqda kimsə məni dəstəkləsəydi, idman yolum daha asan və uzun olardı. Mən arzulayıram ki, Azərbaycanda hər bir uşağın idmanla məşğul olmaq imkanı olsun. Həmçinin onların dəstəyi olsun. Bu dəstək hər zaman dövlətdən olmasa da, qoy bizim kimi bu yolu keçənlərdən gəlsin. Axı bizim zəhmətimiz boşa getməyib, ölkə başçısı tərəfindən dəyərləndirilib. Mən Azərbaycan Prezidenti İlham Əliyevin xüsusilə idmanın dəstəklənməsi sahəsində apardığı siyasəti dərin hörmətlə qarşılayıram. Bunu öz karyeramda hiss etmişəm. Səmimi şəkildə inanıram ki, hər çempion, hər idmançı uşaq və kütləvi idmanın inkişafına töhfə verməyə borcludur. Biz buna biganə qala bilmərik. Axı bu bizim gələcək nəslimizdir. Güclü bir ölkənin gələcəyi məhz onlardan asılıdır!”

Zəki Feyzullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri