Icma.az
close
up
RU
Natiq Cəfərli: “ABŞ İranın parçalanmasını istəmir”

Natiq Cəfərli: “ABŞ İranın parçalanmasını istəmir”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İranda baş verən hadisələr bir daha sübut etdi ki, Azərbaycanda qonşularımızı dərindən öyrənən “beyin mərkəzləri” yoxdur, mütəxəssislər çatışmır, ciddi analitik yazılar, çıxışlar az, emosional yanaşma isə həddən artıq çoxdur”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu ReAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, biz Ermənistanı belə öyrənməmişdik (bu gün də öyrənmirik), sadəcə doğru zamanda, doğru qərarlarla Dövlət, Xalq və Ordu üzərinə düşən vəzifəni düzgün yerinə yetirdi və tarixi qələbəmiz rəsmiləşdi:

“İranda baş verənlərin səbəbləri, doğuracaq nəticələr, Azərbaycanın müxtəlif ssenarilərə hazırlığı, bu məsələyə Türkiyə ilə birgə baxışın formalaşması, bütün bunlar çox vacib məsələlərdir. 

Əminəm ki, dövlət institutları bu istiqamətdə müəyyən “səssiz” işlər görür, ola bilər ki, Bakı və Ankara ciddi müzakirə aparır, amma Türkiyədə də, Azərbaycanda da bu məsələ ilə bağlı ictimai müzakirələrin keyfiyyəti çox aşağıdır. 

İranda iqtisadi böhrandan doğan, amma kökündə siyasi problemlər duran bir proses gedir, İran dəyişib, sadəcə, indi bu dəyişikliyin sancılı rəsmiləşdirilməsi prosesi gedir, bu sürəc, bəlkə də, hələ bir neçə ay, il çəkəcək. İranda baş verənlər bir daha sübut edir ki, siyasi və idarəetmə islahatları olmadan iqtisadi problemləri həll etmək mümkün deyil. 

İran böyük tarixə, ənənələrə malik coğrafiyadır, əslində, SSRİ-yə çox bənzəyir, hətta inqilab və sonrakı proseslər, demək olar ki, SSRİ ilə birə-bir eynidir. Çar Rusiyası dağılmağa başlayanda İmperiyanı ayaqda tutmaq, torpaqları yenidən bir bayraq altında birləşdirmək üçün ciddi bir ideyaya ehtiyac vardı. 

Bolşevik inqilabı, kommunizm ideologiyası Çar Rusiyasını başqa ideoloji çatı altında birləşdirmək əməliyyatı idi. Çarı Birinci Katib, kilsəni “raykomlar” əvəz elədi, populist şüarlar və sərt repressiyalar Çar Rusiyasını başqa adla bərpa etməyə imkan verdi.

Amma bu süni və insan ruhuna zidd sistem cəmi 70 il sürdü, hətta 2-ci Dünya müharibəsi olmasaydı, SSRİ daha tez dağılacaqdı, məhz bu müharibədən sonra “sovet xalqı” yarandı (yəni millət yox ümmət), daha 45 il SSRİ-nin ömrü uzandı, amma, bundan artığına gücü çatmadı, insanın təməl fəlsəfəsinə zidd sitem yerlə-bir oldu”. 

Sədr xatırladır ki, 1979-cu ildə Şah rejimi yüz yerdən çat verdi, xalq ədalətsizlikdən bezmişdi, İranda ən güclü siyasi qüvvə “solçular” idi, dini çevrələr, sadəcə, yaxşı təşkilatlanmışdılar və şişirdilmiş, əfsanəvi liderləri var idi (elə SSRİ timsalındakı Lenin kimi):

“Həmin vaxt İranın sərvətlərinə Britaniya nəzarət edirdi, Fransanı yaxın buraxmırdılar, Fransa da öz oyununu oynayıb əfsanəvi lideri daha da gücləndirdi, əslində, 1979-da İranda Britaniya və Fransa qarşıdurması idi, Fransa əfsanəni İrana öz qırıcıları ilə qaytardı (yenə Lenin misalında olduğu kimi – Leninə də Almaniya ciddi dəstək olmuşdu). 

1979-da inqilabı “solçular” etdi, amma, daha yaxşı təşkilatlanmış dini çevrələr boş qalmış hakimiyyəti götürə bildilər və ilk böyük repressiyalar da məhz “solçulara”, Tudə Partiyasına qarşı oldu (yenə SSRİ misalı, inqilabda “eserlər” və “menşeviklər” ciddi rol oynadılar, amma təşkilatlanmış və ciddi xarici dəstəyi olan bolşeviklər hakimiyyəti götürdülər, sonra ilk seçkini uduzan kimi repressiyalara başladılar – tarixdə adı “qırmızı terror” kimi qaldı).

O zaman islam inqilabından sonra, İranın “dərin dövləti” İran parşalanmasın deyə yeni ideya, yeni insan tipi yaratmağa başladı, millət qavramını ümmət qavramı ilə əvəz etdi. Məhz yeni ideologiya və terror İranı parçalanmaqdan qorudu. Bu gün baş verən proseslərdə bir ana xətt açıq görünür – İran dəyişib, dəyişimin rəsmiləşməsi isə çox sancılı və ağrılı prosesdir. 

İranda Şah tərəfdarlarının əsas qayəsi ölkəni parçalanmaqdan qorumaqdır, nə vaxt ki, parçalanmaq məsələsi aradan qalxacaq, İranda proseslər yekunlaşıb sistem dəyişikliyi rəsmiləşəcək – bu tez də ola, amma, illərə də yayıla bilər.  

Gördüyüm odur ki, nə Avropa, nə də ABŞ İranın parçalanmasını istəmir, bu prosesin böyük xaosa yol açacağını düşünür, ona görə də, İranı birləşdirəcək yeni fiqur və ideya axtarışı davam edir - əgər tapmasalar, indiki sistemlə, amma, təkamül yolu ilə, zamana yayılaraq dəyişən sistemlə yola davam etməkdə maraqlı olacaqlar...”

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri