Icma.az
close
up
RU
ABŞ İranın təhdidinə cavab verəcəkmi? Xa­qa­ni Cəfərli yazır

ABŞ İranın təhdidinə cavab verəcəkmi? Xa­qa­ni Cəfərli yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gələ bilməyəcəkləri halda İslam Respublikasını görünməmiş bombardmanlarla hədələməsinə qarşı tərəfdən sərt cavablar verilir. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Donald Trampın ölkəsi ilə bağlı son çıxışına münasibət bildirərkən deyib ki, ABŞ prezidenti hədəsini həyata keçirəcəyi təqdirdə böyük zərbə ilə üzləşəcək: "Onlar (ABŞ və İsrail) bizi təhdid edirlər. Əgər pis niyyətlə hərəkət etsələr, şübhəsiz ki, sərt cavab alacaqlar".

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Komandanı, kontr-admiral Əlirza Təngsiri isə daha da irəli gedərək bəyan edib ki, İran bombardmana məruz qalsa, təcavüzkarları Meksika körfəzinə qədər təqib etməli olsa da, onları cəzalandıracaq. Kontr-admiral Təngsiri İranın heç bir vaxt raket proqramı və "Müqavimət Cəbhəsi" ilə bağlı danışıqlar aparmayacağını da bildirib. SEPAH Hərbi Dəniz Qüvvələrinin Komandanı İranın harada olmasından asılı olmayaraq düşmənin istənilən bazasına zərbə endirmək potensialına malik olduğunu da bildirib.

Ayətullah Seyid Əli Xameneinin baş hərbi müşaviri, general-mayor Yəhya Rəhim Səfəvi İranın "Doğru vəd III" əməliyyatına başlamaq niyyətində qərarlı olduğunu bəyan edib. Qeyd edək ki, "Doğru vəd III" əməliyyatı İsrail ərazilərinə ən azı 1000 raket atılmasını nəzərdə tutur. İranın bu əməliyata hazırlaşması haqqında artıq bir neçə aydır məlumatlar yayılır. Ötən ilin sonlarında SEPAH-ın baş komandanının müavini Əli Fədəvi bildirmişdi ki, İranın Ali Rəhbəri Əli Xamenei "Doğru vəd III" əməliyyatının həyata keçirilməsi ilə bağlı göstəriş verdikdən sonra İsrailə hücum ediləcək. General-mayor Yəhya Rəhim Səfəvi isə son müsahibəsində bildirib ki, "Doğru vəd III" əməliyyatı hələ də yerinə yetirilməyibsə, bu, onun ləğvi anlamına gəlmir. İranın rəhbərliyini "müdrik, cəsarətli, uzaqgörən və tədbirli" adlandıran general-mayor Səfəvi bildirib ki, "Doğru vəd III" əməliyyatının gecikməsi strateji və məqsədyönlü qərarın nəticəsidir.

Qeyd edək ki, İran İsrailin hücumuna cavab olaraq ötən il "Doğru vəd I" və "Doğru vəd II" adlı iki əməliyyat həyata keçirmişdi. Bu əməliyatlar zamanı İsrailə ciddi bir zərər vurulmamasına baxmayaraq, İran bunu uğur kimi dəyərləndirmişdi. Yüzlərlə ballistik raket və pilotsuz uçuş aparatdan istifadə edilməsinə baxmayaraq, İran İsrailin mühüm hərbi və kəşfiyyat obyektlərinə dəqiq zərbə endirə bilməmişdi.

İndi isə İran generalları "Doğru vəd III" əməliyyatından və bu zaman İsrailə ən azı 1000 raket atılacağından bəhs edirlər. "Tehran Times" qəzeti hərbi dairələrdəki mənbələrinə istinad edərək yazıb ki, Donald Trampın davam edən hədələri fonunda İran ordusu ABŞ-la əlaqəli hədəfləri vura bilən raketləri hazır vəziyyətə gətirib. Qəzetin yazdığına görə, bu raketlərin əhəmiyyətli bir hissəsi hava hücumlarından qorumaq üçün yeraltı anbarlarda saxlanılır.

İranın xarici işlər naziri Abbas Araqçi İran Qızıl Aypara Cəmiyyətinin Hərtərəfli Xidmətlər üzrə Milli Qərargahının iclasında bəyan edib ki, heç kimin İrana təcavüz etməyə cəsarəti çatmaz.

Siyasi təhlilçilər İranın rəhbər şəxslərinin ABŞ-ın ünvanına sərt təhdidlər səsləndirməsini Tehran rəsmilərinin Donald Trampın bu günə kimi ayrı-ayrı ölkələrin ünvanına səsləndirdiyi təhdidlərin heç birinin gerçəkləşməməsi ilə izah edirlər. Qeyd edək ki, bu qənaət əsassız deyil. Tramp yanvarın ayının 20-dən bəri səsləndirdiyi təhdidlərin heç biri gerçəkləşməyib. Ən son olaraq Tramp Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı fikirlərinin onu qəzəbləndirdiyini bəyan etmiş, Rusiyanı sərt sanksiyalarla hədələmişdi. Bu hədədən bir gün sonra isə Tramp Ukrayna prezidenti Volodimir Zelenskini ABŞ ilə mineral ehtiyatlar üzrə razılaşmadan imtina edəcəyi halda böyük bəlalara düçar olacağı ilə təhdid etdi. Bütün bunlara görə, İran Trampın təhdidini cəfəngiyyat kimi qəbul edərək raket proqramından imtina etməyəcəyini, "Müqavimət Cəbhəsi" adlandırdığı proksi qüvvələrini dəstəkləməkdən əl çəkməyəcəyini bəyan etməkdən çəkinmir. Elə bir vəziyyət yaranıb ki, İran generalları ABŞ-ı nəzərdə tutaraq təcavüzkarı Meksika körfəzinə qədər təqib edəcəklərini bəyan edirlər. Bu vəziyyət bu günə kimi müşahidə edilməyib.

ABŞ Kəşfiyyat Birliyinin "İllik Təhdidlərin Qiymətləndirilməsi" hesabatında qeyd edilir ki, İranın dövlət və qeyri-dövlət subyektləri ABŞ-ın milli maraqlarına çoxsaylı birbaşa təhdidlər yaradır. Hesabatda qeyd edilir ki, Tehran regional təsirini gücləndirmək və rejimin sağ qalmasını təmin etmək üçün güclü raket və nüvə proqramını gücləndirməyə çalışır. Bundan başqa qeyd olunur ki, Tehran "Müqavimət Cəbhəsi" adlandırdığı terrorçu və yaraqlılardan ibarət qüvvələrə silah verməklə İsrailə qarşı mübarizə aparmaq və ABŞ-ın regionu tərk etməsi üçün səylərini davam etdirəcək. Konqresə təqdim olunmuş hesabatdan da görünür ki, İranın məqsədi ABŞ-ı Yaxın Şərq regionundan sıxışdırıb çıxarmaqdır. Vaşinqtonun bu təhdidlərə qarşı strategiyasının nədən ibarət olduğu məlum olmasa da, Trampın ən gözlənilməz addımlar ata biləcəyi diqqətdən qaçmamalıdır. ABŞ prezidentinin təhdidlərinin cəfəngiyyat olması haqqında rəyin özü aldadıcı və təhlükəli ola bilər. Unutmaq olmaz ki, SEPAH-ın "Quds" xüsusi bölməsinin rəhbəri, general Qasım Süleymanin öldürülməsi Donald Trampın əmri ilə həyata keçirilib. Qasım Süleymani İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneidən sonra ikinci toxunulmaz şəxs hesab olunurdu. Qasım Süleymanin öldürülməsi əmrini verən Tramp hər bir addımı ata bilər. Nüvə silahı daşımaq xüsusiyyətinə malik olan bir neçə B-52 təyyarəsinin Hind okeanında yerləşən Diyeqo Qarsiya adasına göndərilməsinin ardınca "USS Carl Vinson" təyyarədaşıyan gəmisi də Sakit okeandan Qırmızı Dənizə göndərib. Bu gəminin bu həftə ərzində Qırmızı Dənizə çatacağı və hazırda orada olan "Harry S. Truman" gəmisi ilə birlikdə Yəməndəki husilərə qarşı keçirilən hərbi əməliyatlarda iştirak edəcəyi gözlənilir. Ancaq bu nəhəng gücün İrana qarşı hərbi əməliyyat üçün regionda cəmləşdirilməsi də istisna deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri