Icma.az
close
up
RU
Natiq Cəfərli: Tehranın Vaşinqtonu suçlamaqda haqqı yoxdur

Natiq Cəfərli: Tehranın Vaşinqtonu suçlamaqda haqqı yoxdur

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 "İranın min kilometrlərlə uzaqda yerləşən Yəməndə, Livanda nə işi var idi?"


İrandakı radikal dairələr ehtimal edildiyi kimi ABŞ-də əldə olunan mühüm razılaşmaların əleyhinə çıxdılar. İlk növbədə mühafizəkarların əsas təmsilçilərindən biri, ali dini liderin müşaviri Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib. 

Sadəcə vurğulayıb ki, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq. O iddia edib ki, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq və Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub. İran parlamentinin sədr müavini Əli Nikzad da Zəngəzur dəhlizi planını tənqid edərək bildirib ki, bu layihə sülh üçün deyil, müharibə məqsədilə nəzərdə tutulub. O, ABŞ prezidentinin 13 min kilometr uzaqdan bölgənin işlərinə müdaxiləsini və burada hərbi şirkətlərin yerləşdirilməsini sual altına alıb, tərəfləri əvvəlki razılaşmalara əməl etməyə çağırıb. Parlamentin Xarici Siyasət Komissiyasının üzvü Əmir Moğəddəm də deyib ki, Azərbaycan ABŞ və İsrailin dəstəyi ilə Zəngəzur dəhlizini işə salmağa çalışır. İranın Qafandakı konsulu da iddia edib ki, "Zəngəzur dəhlizi sülh yox, müharibə dəhlizidir". 

Maraqlıdır ki, İran Prezidenti Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi radikallardan fərqlənib. İran prezidenti məsələ ətrafında yaradılan ajiotajın həqiqəti tam əks etdirmədiyini bildirib: "Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib". Pezeşkian məsələyə daha praqmatik yanaşaraq Tehran üçün əsas olan ərazi bütövlüyü prinsiplərinin qorunduğunu vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi də bildirib ki, Zəngəzur dəhlizi məsələsi gündəmdən çıxarılıb, lakin Tehranın hələ də sualları var və vəziyyətə nəzarət edəcək: "Dəhliz məsələsi tamamilə kənara qoyulub. Söhbət Ermənistanın səlahiyyətində, onun yurisdiksiyasında və ərazisində yaradılacaq tranzit yolundan gedir". O qeyd edib ki, İranın fundamental mövqelərinə hörmət edilib. Bununla belə, Tehran layihəyə Amerika şirkətinin cəlb oluna biləcəyindən narahat olduğu üçün vəziyyəti izləyəcək. Heç şübhəsiz, bütün xarici təhdidlərə rəğmən, Zəngəzur dəhlizi tezliklə reallaşacaq. Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdi və bu artıq reallaşmaqdadır. Zəngəzur dəhlizinin reallaşması ilə bağlı hansısa ölkələrin və ya qrupların narahatlığı əbəsdir. Artıq qatar gedib və Zəngəzur dəhlizində də qatar tezliklə hərəkətə başlayacaq. Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməyəcək, həmçinin Asiya ilə Avropanı daha da yaxınlaşdıracaq. Bu, Türk dünyasını birləşdirən dəhlizdir və regionun inkişaf yolu olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulmasına töhvə verəcək. 


ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Sherg.az-a  deyib ki, İrandan gələn açıqlamalar məntiqli deyil. Ekspert vurğulayıb ki, söhbət Ermənistan ərazisindən keçən yoldan gedirsə, İrəvan hökuməti də buna razıdırsa, İranın buna qarşı çıxması absurddur:

 "Bu, Ermənistanın müstəsna hüququdur. İstənilən ölkə ilə əməkdaşlıq edə bilər. Yolun tikintisində, icarəsində istədiyi ölkə ilə anlaşar. Burada İranın aqressiv mövqe tutmasının iki səbəbi var. İlk səbəb odur ki, Azərbaycan tərəfi bir jest edərək Zəngəzur dəhlizindən 5 km.lik paraleldə İran ərazisindən avtomobil yolu çəkməyə qərar verib. Bu, Bakının xoş niyyətindən xəbər verirdi ki, İranı da prosesin içinə qoşsun. Görünür, İran tərəfi bu yolun əhəmiyyətsiz olacağını düşünür. Əslində, İran bundan məmnun qalmalıdır. Sırf iqtisadi məntiqlə düşünsək, İran kommunikasiya xətlərinin açılmasından ancaq faydalana bilər. Çünki Zəngəzur dəhlizi vasitəsilə Avropaya, Çinə, hətta Baltik dənizinə qədər uzanan yollara çıxış əldə edəcək. Tehranın etirazı göstərir ki, İranın yanaşmasında iqtisadi məntiq işləmir. İran başqa geosiyasi riskləri hesabladığı üçün ondan kənarda layihələrin mövcudluğunu həzm edə bilmir. Həm də Azərbaycanın uğurunu qəbul etmir. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyənin birlikdə illərdir apardığı işin ümumi nəticəsidir". 


İqtisadçı əlavə edib ki, ABŞ-nin də prosesə qoşulması həmin yoldan keçən təhlükə risklərini sığortalıyır

: "Əsas məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizindən keçən yüklərin və sərnişinlərin təhlükəsizliyinə kimsə zəmanət verməlidir. Bu zəmanət təkcə Ermənistanın üzərində olsaydı, həm İran, həm də Rusiya müxtəlif təxribatlarla Ermənistanla Azərbaycanı üz-üzə qoyardı. Təsəvvür edin, Naxçıvana qatar gedir və həmin bölgədən keçəndə sərnişinlərə qarşı qəbuledilməz hərəkətlər edilir. ABŞ-nin orada məsuliyyət və səlahiyyət sahibi olması təhlükəsizliklə bağlı zəmanətlər verir. İranı narahat edən məqamlardan biri budur. Çünki İran istənilən halda Cənubi Qafqazda zəifləyən mövqeyini Zəngəzur dəhlizi vasitəsilə gücləndirməyə çalışırdı. Təsir rıçağının əlindən çıxdığını gördüyü üçün bu cür aqressiv və məntiqsiz açıqlamalarla çıxış edir". 


N.Cəfərli əlavə edib ki, Ukrayna müharibəsinə qədər Çindən, uzaq Şərqdən Avropaya keçən magistral yollar Rusiya və Belarusdan keçirdi: 

"Rusiya hazırda sanksiyalar altındadır. Hətta müharibə bitsə belə, sanksiyaların dərhal aradan götürüləcəyini demək çətindir. Rusiyaya tətbiq olunan sanksiyalar nisbətən yumşaldılsa da, illərlə qalacaq. İrana 1979-cu ildən bəri tətbiq edilən sanksiyaların çoxu günümüzədək qalmaqdadır. Ona görə də Şərqi Qərbə birləşdirən alternativ marşrutlar hava-su kimi lazımdır. Ən yaxın və optimal marşrut Azərbaycandan Türkiyəyə, oradan Avropaya gedən yoldur. Azərbaycan buna çoxdan hazırlaşır. Bakı limanının, dəmiryollarının təkmilləşdirilməsi, Aktau limanının yenidən qurulması, Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə konsorsium şəklində tariflərlə bağlı ümumi anlaşmaya gəlməsi və s. uzun müddətdir bu işlərin getdiyini göstərir. Çindən Londona 16 günə qatar çata bilirsə, bu, Rusiya marşrutundan 10 gün daha azdır. Dəyəri, maliyyəti də aşağıdır. Rusiyadan keçən yüklərin maliyyəti çox yüksəkdir. Zəngəzur dəhlizini qlobal bir layihə kimi müasir dövrün quru "Suveyş kanalı" adlandırmaq olar. Bunun əhəmiyyəti çox böyük olduğuna görə, Rusiya və İran nəzarət mexanizmlərinin əllərindən çıxdığını görərək müəyyən dərəcədə bu işə müdaxilə etməyə çalışırlar".


Ekspert diqqətə çatdırıb ki, Asiya ilə Avropa arasında ümumi ticarət dövriyyəsi təqribən 1.5 trilyon dollardır: 

"Bunun 75-80 faizi gəmilər vasitəsilə həyata keçirilir. Çünki gəmi yolu həm ucuz, həm yaxındır. Amma elə məhsullar var ki, onlar daha tez çatdırılmalıdır və quru yolların əhəmiyyəti bu zaman daha da artır. İl ərzində quru yolları vasitəsilə təqribən 250-300 milyard dollarlıq ticarət dövriyyəsi var. Bunun 25-30 faizini Azərbaycan üzərindən cəlb edə bilsək, ölkəmiz üçün böyük dividendlər gətirməklə yanaşı, bölgənin inkişaf sürətini də artıracaq. Bununla Azərbaycan logistik haba çevriləcək. İran və Rusiya öz məntiqsiz mövqeyini dəyişib, əməkdaşlıq yolunu tutsalar, Tehran və Moskva üçün də faydalı layihədir".

Siyasi şərhçi qeyd edib ki, əgər Ermənistan hökuməti Zəngəzur dəhlizinin açılmasına zorla, məcburi qaydada razılıq versəydi, İrəvanın müttəfiqi olan İranın etirazını hardasa başa düşmək olardı: 

"İrəvan hökuməti buna nəinki razıdır, hətta Paşinyan özü də təklif etmişdi ki, Ermənistan üzərindən keçəcək yollardan birgə istifadə edilsin. Ermənistan ərazisindən keçəcək ticarət yolu İran üçün necə təhlükə yarada bilər?! Ermənistanla bu barədə sazişi imzalayan tərəf də ABŞ-dir. Heç Azərbaycanın burada iştirakı da yoxdur. Vaşinqtonu uzaq bölgəyə gəlməkdə suçlayan İranın min kilometrlərlə uzaqda yerləşən Yəməndə, Livanda nə işi var idi?! Əlbəttə, hər ölkənin öz marağı var. Ancaq bu maraqlar məntiqə söykənməlidir. İranın davranışında ümumiyyətlə məntiq yoxdur. İranın qıcıq olmasının səbəblərindən biri odur ki, Tehran rejimi 30 il ərzində hərtərəfli dəstəklədiyi Ermənistanın hazırda "nankorluq" etdiyini düşünür". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri