Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Natiq Qasımovun anası yataqdadır: “Sağalaramsa, Mingəçevirə gedib onun adını daşıyan məktəbi ziyarət edəcəyəm”

Natiq Qasımovun anası yataqdadır: “Sağalaramsa, Mingəçevirə gedib onun adını daşıyan məktəbi ziyarət edəcəyəm”

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Elm və Təhsil Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Birinci Qarabağ müharibəsində misilsiz qəhrəmanlığı ilə yadda qalan Natiq Qasımov 1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda 7 əsgər yoldaşı ilə birlikdə döyüşüb. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni təkbaşına, ac-susuz vəziyyətdə 5 gün davam etdirib, düşmənin yüksəkliyə yiyələnməsinə imkan verməyib. Lakin erməni cəlladlarının Xocalıdan əsir aldıqları həmvətənlərimizi xilas etmək üçün təslim olmağı qəbul edib. Natiq Qasımovun hansı şəraitdə, harada öldürüldüyü, yaxud əsir, girov kimi saxlandığı hələ də bəlli deyil. Ermənistan tərəfi, şərəfsiz “komandir” və “generallar”ı onun haqqında susmaqda davam edirlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Natiq Qasımov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. 


Mingəçevirdə təhsil aldığı orta  məktəbə Natiqin adının verilməsi Azərbaycan dövlətinin şəhidlərə, milli qəhrəmanlara yüksək dəyər verdiyinin təzahürüdür. Bu münasibətlə Natiq Qasımovun anasıyla əlaqə saxladıq. Dursun ana oğlunun təhsil aldığı məktəbə adının verilməsi xəbərindən çox təsirləndiyini dedi: 

- Bilmirəm, yerdəyəm, ya göydə. Natiq haqqında çox xəbərlər eşidirəm, hamı onun qəhrəmanlığından, qeyrətindən danışır. Həm sevinirəm, ürəyim dağa dönür, həm də ürəyim çırpınır. Bilmirəm, ağlayım, bağırım, nə edim ki, ürəyim sakitləşsin. Hamıya minnətdaram, Natiqə yüksək qiymət verən dövlətimizə, Prezidentimizə, Mehriban xanıma, Natiqi unutmayan, adını uca saxlayan elimizə-obamıza, Allah hamısını var eləsin. 


Dursun ana, Mingəçevirə gedib Natiqin vaxtilə təhsil aldığı məktəbi ziyarət etmək istədiyini, lakin səhhətinin indi buna imkan vermədiyini də dedi:

- Əlbəttə, istəyərəm gedim, balamın oxuduğu məktəbi ziyarət edim… Amma may ayından bu yana ağrıyıram.  Yataqdayam. Çox müalicə aldım, xeyri olmadı. Axırda bir həkim mənə baxdı, sağ olsun, müalicə yazdı, onun müalicəsi mənə kömək elədi. İndi bir az yaxşılaşmışam. Amma özümə gümanım yoxdu, gedə bilərəmmi ora, maşına minib-düşə bilərəmmi? Natiqin bacıları da deyir, ana, gedək, Mingəçevirə, oraları ziyarət edək. Mən Natiqdən sonra Mingəçevirdən başımı alıb qaçdım. Natiqin gəzdiyi yerlərdə qala bilmədim, o küçələri, o evi hər gün görmək mənə çətin idi. Ona görə Gəncəyə köçdük. İnanırsız, bizə dövlətimizin bağışladığı mənzili də hələ gedib görə bilməmişəm. Ayağa qalxsam, gedəcəm. Bu illər ərzində Natiqin yolunu gözlədim, ona fəxri ad verilməsini gözlədim. Elə bil Allah məni buna görə sağ saxlayırdı ki, oğluma Milli Qəhrəman adının verildiyini görüm. Bunu gördüm, Natiqimin ruhunun şad olduğuna inandım. Mənə başqa heç nə lazım deyil. Amma sağalaramsa, Mingəçevirə gedib məktəbi ziyarət edəcəyəm.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri