“NATO dan Avropaya açıq mesaj: ABŞ olmadan təhlükəsizlik “xəyal“dırmı?“ “The Guardian“
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Alyans daxilində fikir ayrılığı fonunda Avropanın özünümüdafiə sualı yenidən gündəmdədir..."
"Avropa ABŞ olmadan özünü qoruya bilirsə, qoy buna inanmağa davam etsin".
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte bəya edib. Məlumatı "theguardian.com" nəşri yaylb.
Nəşrin yazdığına görə, Rütte Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ABŞ-sız Avropanın real təhlükəsizlik təmin etməsi üçün ya müdafiə xərclərini ÜDM-in təxminən 10 faizinə qaldırması, ya da milyardlarla avro xərcləyərək öz nüvə arsenalını yaratması lazım gələr.
Onun sözlərinə görə, "Avropaya ABŞ, ABŞ-a isə NATO lazımdır və Vaşinqtonun prioritetləri dəyişsə belə, ABŞ-ın Avropadakı hərbi mövcudluğu güclü olaraq qalacaq. Rütte eyni zamanda xəbərdarlıq edib ki, Ukraynanın Rusiya dronlarını vurma göstəriciləri azalıb, çünki ölkədə HHM üçün kifayət qədər raket-interseptor yoxdur.
"Avropa özü cavabdeh olmalıdır"
Rüttenin bu fikirləri Fransada açıq etirazla qarşılanıb. Fransa xarici işlər naziri Jan-Noel Barro "X" platformasında yazıb ki, "avropalılar öz təhlükəsizliklərinə cavabdeh ola bilər və olmalıdır". Onun sözlərinə görə, bu yanaşma NATO daxilində Avropanın dayağını gücləndirməlidir.
Bu mövzu Ukrayna prezidenti Vladimir Zelenskinin Davosda səsləndirdiyi fikirlərlə də üst-üstə düşür. Zelenski bildirib ki, Avropa hələ də NATO-nun avtomatik işləyəcəyinə inanır, lakin real sınaq olmayıb: "Əgər Rusiya Litvaya və ya Polşaya hücum etsə, kim cavab verəcək? NATO bu gün əsasən ABŞ-ın hərəkət edəcəyinə olan inam üzərində dayanır. Bəs əgər bu baş verməsə?"
HHM çatışmazlığı və Avropa İttifaqı kartı
Rütte Brüsseldəki çıxışında Avropa ölkələrini Ukraynaya HHM raketləri verməyə çağırıb və bəzi dövlətlərin böyük ehtiyatlara malik olduğunu açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, hər gecə Ukraynanın iri şəhərlərinə onlarla raket və yüzlərlə pilotsuz uçuş aparatı buraxılır, lakin NASAMS və "Patriot" sistemləri üçün raket çatışmazlığı müdafiəni zəiflədir.
Bu fonda Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünü də təhlükəsizlik zəmanətinin əsas hissəsi kimi təqdim edir. O, ölkəsinin faktiki olaraq 2027-ci ildə Aİ-yə qoşulacağına ümid etdiyini bildirib və vurğulayıb ki, bu addım yalnız Ukrayna üçün deyil, bütün Avropa üçün təhlükəsizlik anlamına gəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Yanvar 2026 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















