Icma.az
close
up
RU
The Guardian: ABŞ gəncləri Trampı məhkəməyə verir...

The Guardian: ABŞ gəncləri Trampı məhkəməyə verir...

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikalı gənc qız Trampın siyasətini “öz nəsli üçün ölüm hökmü” adlandırır

...Yaşı 7-25 arasında olan 22 gənc amerikalı ABŞ prezidenti Donald Trampın administrasiyasını konstitusion həyat və azadlıq hüququnu pozmaqda ittiham edərək məhkəməyə verib.

Onların fikrincə, ABŞ liderinin imzaladığı neft, qaz və kömür hasilatının stimullaşdırılmasına, eləcə də yaşıl enerjinin inkişafının qarşısının alınmasına yönəlmiş fərmanlar iqlim böhranını daha da gücləndirir və gələcək nəsillərin sağlamlığına təhlükə yaradır.

İqlim dəyişikliyindən ən çox zərər çəkən ştatları - Montana, Havay, Oreqon, Kaliforniya və Florida ştatlarını təmsil edən iddiaçılar Trampın ətraf mühiti və ictimai sağlamlığı qorumaq üçün qanunlara məhəl qoymayaraq səlahiyyətlərini aşdığını deyirlər.

Həmçinin qeyd edilir ki, cavabdehin hərəkətləri “dövlət tərəfindən yaradılan təhlükə” yaradır – hakimiyyətin hərəkətləri vətəndaşlar üçün riskləri gücləndirdikdə...

...Mübahisəli fərmanlar arasında "milli enerji fövqəladə vəziyyəti"nin elan edilməsi və kömür sənayesinə dəstək tədbirləri var.

Hüquqşünasların fikrincə, onlar nəinki istixana qazları emissiyalarının artmasına kömək edir, həm də elmi tədqiqatlara və yaşıl texnologiyaların inkişafına mane olur.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, gəncləri təmsil edən qeyri-kommersiya hüquq təşkilatı olan Our Children's Trust-ın rəhbəri Julia Olson, “...bu iddia uşaqların sağlamlığı və onların gələcək hüququ ilə bağlıdır”,- deyib.

Baş iddiaçı, 19 yaşlı Eva Lighthizer, əvvəllər Montana ştatında oxşar davada qalib gəlmişdi.

O, Trampın siyasətini “öz nəsli üçün ölüm hökmü” adlandırır və onun həyatının artıq daşqınlar və havanın çirklənməsinin necə təsirləndiyini qeyd edir.

İddiaçılar bu fərmanların konstitusiyaya zidd elan edilməsini və qadağan edilməsini tələb edirlər.

Olson bu işin uğur şansının olduğunu və gənclərin gələcəkləri uğrunda mübarizəsini simvolizə etdiyini bildirib.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 May 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri