Icma.az
close
up
RU
NATO dan qorxunc Rusiya açıqlaması

NATO dan qorxunc Rusiya açıqlaması

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh razılaşmasının şərtlərini yenidən açıqlayıb.

Modern.az xəbər verir ki, o bu barədə Macarıstan KİV-nə müsahibəsində danışıb.

"Rusiyanın irəli sürdüyü şərtlər aydındır. Buraya Ukraynanın hərbsizləşdirilməsi və “denasifikasiya” olunması, torpaq məsələsində Rusiyaya qarşı irəli sürülən tələblərin geri götürülməsi, sanksiyaların ləğvi, dondurulmuş Rusiya aktivlərinin geri qaytarılması aiddir. Kiyev hakimiyyəti “Cənub-Şərqi Ukraynanın vətəndaşları adından danışa bilməz” və buna görə də ərazi bütövlüyü prinsipinin tətbiqinə iddia edə bilməz".
Lavrovun sözlərinə görə, bu şərtlər sülh sazişində yazılmalıdır. Rusiya bundan başqa heç bir varianta razı olmayacaq.

Xatırladaq ki, bir müddət əvvəl, ABŞ prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
ABŞ Prezidenti telefon danışığından sonra ümidlərinin puç olduğunu deyib.

“Mən prezident Putinlə olan söhbətdən ciddi məyus oldum. Düzünü desəm, onun dayanmaq niyyəti yoxdur. Bu çox pisdir. O bu müharibəni dayandırmaq istəmir kimi görünür”, - deyə Tramp bildirib.

NATO-nun təhlilinə görə, Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir. Alyansın məlumatına əsasən, Rusiyanın iqtisadiyyatı tam şəkildə müharibəyə yönəlib, Kreml maliyyə vəsaitlərini hərbi sahəyə yatırır və daxili sosial problemləri təbliğatla gizlədir.

Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertləri hesab edir ki, Rusiya daha 12-16 ay fasiləsiz müharibə aparmaq gücünə malikdir. Büdcə və hərbi-texniki imkanlar bu dövrə qədər yetərlidir.

İyun ayının 24-də Rusiya prezidenti Vladimir Putin federal büdcəyə dəyişikliklər edib. Yeni dəyişikliklərdə büdcə kəsirinin artdığı görünür. Məsələn, neft və qazdan gələn gəlirlərin payı təxminən 25 faiz azalıb. Plana görə 10,8 trilyon rubl gəlir əldə olunmalı idi, lakin bu rəqəm yalnız 8,3 trilyon rubla çata bilər. Bu da müharibənin maliyyələşməsinə təsir göstərəcək.

Bundan əlavə, Rusiyanın Milli Rifah Fondunun vəsaiti 2022-ci ildən bəri 2 dəfə azalıb. Ekspertlər bildirirlər ki, büdcə kəsiri artmaqda davam edərsə, fondun vəsaiti 2027-ci ilə qədər tükənə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri