NATO dan Hörmüz açıqlaması: Müdaxiləyə hazırıq!
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO hazırda Hörmüz boğazı ilə bağlı məsələlərin həllində birbaşa iştirak etmir. Bununla belə, Alyansa üzv dövlətlər qüvvələrini regiona yaxın ərazilərə yerləşdirərək və zəruri şərait yaranacağı təqdirdə vəziyyətə müdaxilə etməyə hazırdırlar.
Axar.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib.
“NATO hazırda birbaşa rol oynamır, lakin alyans üzvləri bu prosesdə iştirak edirlər. Onlar qüvvələrini həmin bölgəyə daha yaxın ərazilərə köçürürlər. Düşünürəm ki, zəruri şərtlər formalaşdıqda, onlar üzərilərinə düşən vəzifəni yerinə yetirə biləcəklər”, – admiral vurğulayıb.
C.K.Draqone qeyd edib ki, burada söhbət NATO-nun özündən deyil, Alyans üzvlərindən və tərəfdaş ölkələrdən ibarət könüllülər koalisiyasından gedir.
Onun sözlərinə görə, könüllülər koalisiyasına daxil olan dövlətlər vəziyyətə müdaxilə etmək üçün lazımi şərtlərin yaranacağı halda fəaliyyətə keçməyə hazırlaşırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 31 May 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















