Icma.az
close
up
RU
“NATO “FEYK”DİR, YOXDUR, NÖVBƏ SİZƏ ÇATACAQ!” “Ukrayna olmasaydı, Rusiya tankları artıq Polşadaydı”

“NATO “FEYK”DİR, YOXDUR, NÖVBƏ SİZƏ ÇATACAQ!” “Ukrayna olmasaydı, Rusiya tankları artıq Polşadaydı”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya müxalifətinin aparıcı nümayəndələrindən olan şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov Kanadada keçirilən Halifaks Təhlükəsizlik konfransında etdiyi çıxışla Qərb mediasının gündəminə gəlib.

“AzPolitika” xəbər verir ki, Kasparov çıxışında açıq şəkildə Qərb liderlərini və siyasətçilərini riyakarlıqda, qorxaqlıqda, Ukraynanı satmaqda günahlandırıb. NATO-nu isə “feyk təşkilat” adlandıran Kasparov zaldakı Qərb siyasətçilərinə üz tutaraq deyib: “Burda baş verənlər Putinin arzu belə edə bilmədiyi ən yaxşı şoudur. Bir dənə konkret cavab yoxdur. Söhbət sizdə olan əsgər və ya silahdan getmir - döyüşməyə və ölməyə hazır olub-olmamağınızdan gedir. Deyirsiz ki, Latviyada Kanada briqadası var. Lap əla. Bəs o briqadanın əmri nədir? Ruslar sərhədi keçsələr, atəş açacaqlarmı? Cavabı bilirik. Siz hələ məsləhətləşməyə başlayacaqsınız. Mən hələ bu suala dəqiq cavab eşitməmişəm...

Anlaya bilmirəm: Trampın biznes ortağı tərəfindən bağlanmış bir razılaşma haqqında necə ciddi danışa bilərik? Bu, Ukraynanın satılması hesabına Tramp ailəsini varlandıran rieltor anlaşmasıdır. Biz ümumiyyətlə, necə deyə blərik ki, Ukrayna Avropanı xilas edən istehkamları sökməlidir (Donetskin işğal edilməyən ərazilərindəki istehkamları nəzərdə tutur-red.)?

Biz burda NATO-nu müzakirə edirik. NATO yoxdur! Bu, feykdir! Bu, sadəcə dörd hərfdir: N-A-T-O. Sizin burada rahat oturmağınızın bayramlar qeyd etməyinizin yeganə səbəbi odur ki, Ukrayna hər dəqiqə qan axıdır. Bu, böyük bir müdafiədir. Əgər Ukrayna olmasaydı, Rusiya tankları artıq Polşada olardı.

Siz hamınız hesab edirdiniz ki, Ukrayna duruş gətirməyəcək. Siz Zelenskiyə təxliyə təklif etdiniz. O isə dedi ki, "Bizə təxliyə lazım deyil - bizə sursat lazımdır". 4 ildir ki, Ukrayna bütün Avropa uğrunda vuruşur. NATO yalnız bir məqsəd üçün yaradılıb: Azad Avropanı Rusiyanın təcavüzündən xilas etmək üçün. Əfqanıstanda, Suriyada müharibə aparmaq üçün yox. Ukrayna bu müharibəni aparan yeganə ölkədir və biz hələ də onun NATO-da olub-olmaması barədə müzakirə aparırıq.

Ukrayna NATO-nun missiyasını yerinə yetirən yeganə ölkədir və biz bizdə olan hər şeyə görə ona borcluyuq.

Yaxşı, gəlin onları təslim edək. Zelenski elə bir seçim qarşısındadır ki, bunu sözlə ifadə edə bilmirəm. Mən Rusiya vətəndaşı kimi öz günahımı hiss edirəm, Zelenskiyə məsləhət vermək hüququm yoxdur. Yoxsa, ona bir başa deyərdim ki, Trampı başından göndər…

Burada neçə senator var? Onlardan kimsə Donald Trampa deyirmi ki, bunu etməyə haqqın yoxdur? Sizin 85 səsiniz var. 100-dən 85... Amma bu qanun layihəsi hələ də Senatda ilişib qalıb və heç bir iş görülmür.

Putin, Si Cinpin, hamısı – buna əl çalır. Bəli, Rusiya artıq Şimali Koreya, Kuba, Afrika muzdlularının əli ilə döyüşür. Və biz hələ də eskalasiyadan danışırıq?

Bizdə hər şey var. Hərbi, siyasi və iqtisadi güc bizim tərəfimizdədir. Və biz hələ də bu müharibədə uduzuruq. Yalnız Ukrayna sayəsində Rusiya Putinin arzusunu - Rusiya imperiyasının bərpasını gerçəkləşdirə bilmir. Lakin Ukrayna bu razılaşmanı qəbul etməyə məcbur edilsə, Putin öz arzusuna nail olacaq və sonra cənablar, növbəti siz olacaqsınız. Amma siz döyüşməyə hazır deyilsiniz".

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri