Icma.az
close
up
RU
NATO nu PARÇALAYAN KÖKLÜ SƏBƏBLƏR... Putin müharibənin dondurulması ilə niyə razılaşmır?

NATO nu PARÇALAYAN KÖKLÜ SƏBƏBLƏR... Putin müharibənin dondurulması ilə niyə razılaşmır?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin və Avropa Birliyinin köklü maraqları ən azı iki çox əhəmiyyətli məsələdə ciddi şəkildə toqquşur

Namiq Bilal

NATO bloku dağılır. Bunu Qərbin düşmənləri deyil, blokun üzvü olan dövlətlərin liderləri tez-tez dilə gətirirlər. Artıq Senatda ABŞ-nin hərbi blokdan çıxması ilə bağlı çağırışlar səslənir. 

Senator Mayk Li gündəmə bomba kimi düşən belə bir bəyanat səsləndirib: “Avropa bizi sevmir. Avropa şirkətləri bizim hərbi gəmilərimizi yanacaqla təchiz etməkdən imtina edirlər. Biz NATO-dan çıxmalıyıq”.

Avropa şirkətlərinin ABŞ gəmilərini təchiz etməməsinin səbəbi kimi Ağ Evin Ukrayna siyasəti göstərilir.

Ağıla batmayan bir vəziyyət yaranıb. ABŞ özünün qurduğu və Birləşmiş Ştatların dünya hegemonluğunu gücləndirən hərbi bloku dağıdır. Bunun üçün çox böyük səbəb olmalıdır. Səbəb, əlbəttə ki, var və həmin səbəbi araşdırmağa çalışaq.

“Dövlətlərin əbədi dostları olmur, əbədi maraqları olur” deyimi yenə özünü doğruldur. Birləşmiş Ştatların köklü maraqları ilə Avropa ölkələrinin vazkeçilməz maraqları arasında dərin çat yaranıb. Bu çat ilk növbədə Rusiya–Ukrayna müharibəsində meydana çıxan dərin ziddiyyətlərlə formalaşıb.


Avropalılar çalışırlar ki, müharibə Rusiyanı maksimum zəiflətsin, Ukrayna isə bu müharibədən torpaqlarını itirməyən və hərbi qabiliyyətini yetərincə artırmış regional güc kimi çıxsın. Əsrlər boyu ruslarla müharibələr etmiş avropalılar gözəl anlayırlar ki, Rusiya Ukraynanı ram edə biləcəksə, Rusiya–Ukrayna birliyi qarşısıalınmaz gücə çevriləcək. Bu güc Avropa üçün bitib-tükənməyən “Şərq təhdidi” olaraq qalardı. Tam əksinə, Ukraynanın Avropaya birləşdirilməsi Avropanın əhəmiyyətli dərəcədə güclənməsinə, Rusiyanın isə son dərəcə zəifləməsinə gətirib çıxaracaq. Bu o deməkdir ki, fövqəladə dərəcədə böyük döyüş qabiliyyəti qazanmış milyonluq Ukrayna ordusu Rusiya cinahında deyil, Avropa cinahında yer alacaq. Sanballı Qərb institutlarının hesablamalarına görə, bu müharibədən salamat qurtulan Ukrayna ordusu yaradılması planlaşdırılan Avropa ordusunun bel sütunu olacaq.

Gələk müharibə ilə bağlı ABŞ-nin maraqlarına. Ağ Ev müharibənin bitməsində, xüsusilə də Ukraynanın və Avropanın lehinə bitməsində maraqlı deyil. Bunu Birləşmiş Ştatların təbii maraqları tələb edir. Avropanın Ukraynanı da özünə birləşdirərək güclənməsi, qüdrətli ordu qurması və yenidən böyük geosiyasi oyunçuya çevrilməsi ABŞ-nin maraqlarına əsla uyğun deyil. Ağ Evin maraqları tələb edir ki, müharibə sona çatmasın, bütün tərəflər ABŞ-nin yardımından və silahlarından asılı vəziyyətdə qalsın. Müharibə davam edirsə, həm Avropa, həm Ukrayna, həm də Rusiya ABŞ-nin qarmağında asılı vəziyyətdə qalır. Müharibə bitərsə, tərəflərin ABŞ-dən asılılığı da bitər.

O da aşkar məsələdir ki, müharibəni sonsuza qədər uzatmaq mümkünsüzdür. Lakin müharibənin qaynar fazasını bitirərək konflikti “dondurulmuş müharibə” halına gətirmək elə həmin müharibəni “sonsuzluğa” qədər uzatmaq deməkdir. ABŞ buna çalışır. Konflikt dondurularsa, nə Rusiya, nə Avropa, nə də Ukrayna rahatlıq tapmayacaq, hər üç tərəfin Amerikadan asılılığı bu və ya digər formada davam edəcək. Rusiya bu məqamı hesaba qatır və müharibənin dondurulması ilə razılaşmır.

NATO-nun qurucu cinahları olan ABŞ və Avropanın maraqlarının toqquşduğu ikinci fövqəladə əhəmiyyətli məsələ Çin və Rusiyaya qarşı fərqli münasibətdir. ABŞ Çini özünün ən böyük düşməni sayır və əsas strategiyasını Çini zəiflətmək üzərində qurur. Rusiya ilə bağlı isə Tramp Putinlə müxtəlif oyunlar quraraq “ümumi maraqlar çərçivəsi” cızmağa çalışır. Ağ Ev sahibi Rusiyanı Çindən ayırmaq və Sibir sərvətlərindən ciddi pay almaq cəhdləri içindədir. Həmin cəhdlərin hansı nəticəni doğuracağını bilmirik. Amma ABŞ–Rusiya oyunları Avropanın maraqlarını baltalayır.

Avropa isə Rusiya ilə qanlı düşməndir, müharibə edir. Birləşmiş Ştatların düşməni olan Çinə qarşı isə Avropa isti münasibət göstərir, iqtisadi əlaqələri genişləndirməyə çalışır, Avropanı Çinlə bağlayan böyük yollar və layihələr qurur.

Göründüyü kimi, Birləşmiş Ştatların və Avropa Birliyinin köklü maraqları ən azı iki çox əhəmiyyətli məsələdə ciddi şəkildə toqquşur. Amerika Rusiya “dostu”, Çin düşmənidir; Avropa isə Rusiya düşməni, Çin dostudur. Bu ziddiyyət NATO müttəfiqliyinin sütunlarını sarsıdır. Tramp NATO-nu ABŞ üçün əlavə yük hesab edir, Avropanı “zəif liderlərin yönəltdiyi, çürüyən millətlər yığını” adlandırır. Təsadüfi deyil ki, bu zehniyyət Birləşmiş Ştatların köklü maraqlarını “çürüyən millətlər yığınından” daha üstün tutur.

Ziddiyyətlər dərindir. Lakin ziddiyyətlər nə qədər dərin olsa da, bu, NATO-nun tezliklə buraxılacağı anlamına gəlmir. Hazırkı vəziyyət NATO-nun qurulduğu gündən bəri qarşılaşdığı ən böyük sınaqdır. Dünya tarixinin ən qüdrətli hərbi bloku olan NATO bu sınaqdan salamat çıxa biləcəkmi – zaman göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Dekabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see305

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see146

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see140

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see139

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see137

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see135

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see126

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri