Icma.az
close
up
RU
NATO nun müttəfiqləri ödəyəcək...

NATO nun müttəfiqləri ödəyəcək...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ukrayna yeni ABŞ silahları ilə təmin olunacaq

Yaxın zamanda Ukrayna ordusu yeni ABŞ silahları ilə təmin olunacaq.  Artıq ABŞ ilə Avropa ölkələri arasında bu barədə razılıq əldə olunub. Belə ki, ABŞ-ın NATO-dakı müttəfiqləri, yeni razılaşmaya əsasən, Ukraynaya göndəriləcək Amerika silahlarının pulunu tam ödəyəcəklər. ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib ki, NATO-dakı müttəfiqlər bununla bağlı öhdəlik götürüblər: “Biz silahları NATO ölkələrinə göndərəcəyik və sonra alyans bu silahları Ukraynaya verəcək, NATO isə bu silahların pulunu ödəyəcək”, - deyə Ağ Evin rəhbəri bildirib. Amerika lideri Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində ABŞ silahlarının Ukraynaya tədarükü ilə bağlı prosedura dair razılaşmaların əldə edildiyini də diqqətə çatdırıb. Qərb KİV-lərinin məlumatına görə, rəsmi Kiyevə tədarük olunacaq ABŞ silahları Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək və rus ordusunun hücumlarının qarşısını almaq üçün nəzərdə tutulub. Eyni zamanda “Reuters” belə bir məlumat yayıb ki, Tramp Ukraynaya yeni silah paketi ayırmağı planlaşdırır. Agentlik bildirir ki, Ukrayna Silahlı Qüvvələri üçün silahlar Pentaqonun anbarlarından götürüləcək. 300 milyon dollar civarında olan silah paketinə “Patriot” raketləri və orta mənzilli hücum raketlərinin daxil edilməsi planlaşdırılır.

Müttəfiqlərin hamısı razıdırmı?

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, NATO ölkələrinin hamısı buna müsbət yanaşmayacaq. “Böyük ehtimalla, NATO-ya üzv ölkələrin bir qismi bununla razı olmayacaq. Xüsusilə, Macarıstan buna öz etirazını bildiricək. Çünki rəsmi Budapeştin Ukrayna məsələsində mövqeyi digər NATO ölkələrinin mövqeyi ilə ziddiyyət təşkil edir. Macarıstan hökuməti Ukraynanın silahlandırılmasına qarşı çıxır. Macarıstanla yanaşı alyansın bəzi üzv ölkələrinin də bu məsələdə fərqli mövqe sərgiləyəcəyi istisna deyil. Amma istənilən halda ABŞ-ın bu istəyi baş tutacaq. Ukraynaya göndəriləcək ABŞ silahlarının pulu müttəfiqlər tərəfindən ödəniləcək,” -deyə İ.Vəlizadə vurğulayıb ki, bunun özü ciddi mübahisələrə səbəb olacaq: “Ona görə ki, birincisi, sabahısı gün alyansın hər hansı bir ölkəsi də belə bir təşəbbüsə əl ata bilər, ikincisi isə Trampın bu cür planları NATO-nu təsərrüfat hesabına işləyən bir təşkilata çevrilməsi üçün şərait yaradır. Ona görə də bu, çox ciddi mübahisəli bir məsələ olacaq. Hər halda bu, ABŞ üçün münasibdir və Vaşinqtonun öz hədəflərinə nail olması üçün yol açacaq. Bu məsələ ətrafında geniş və ətraflı müzakirələr aparılacaq”.

Trampı belə bir qərar verməyə nə sövq edib?

Politoloq İlyas Hüseynov qəzetimizə şərhində bildirib ki, Moskvanın davranışları Vaşinqtonun səbr kasasını doldurub. “Rusiya-Ukrayna müharibəsi ətrafında yeni siyasi vəziyyət formalaşır. Əvvəl Ukraynaya sərt mövqe sərgiləyən Tramp indi bu mövqeyini dəyişmək qərarına gəlib. Sözsüz ki, belə bir vəziyyətin yaranmasına bir neçə faktor səbəb olub. İlk növbədə Ukrayna dövlətinin və Ukrayna xalqının burada qətiyyəti mühüm rol oynayıb. Ukrayna xalqı öz prezidenti Zelenskini dəstəkləyir və onun  arxasında möhkəm dayanıb. Bununla bərabər, Zelenski də hər bir addımı ilə öz əzmkarlığını və qətiyyətini nümayiş etdirir. Sona qədər mübarizə aparmaq Zelenski üçün əsas prioritetə çevrilib. Lakin Rusiyaya qarşı mübarizəni davam etdirmək üçün Ukrayna mütləq yeni silahlarla təmin olunmalıdır. Digər tərəfdən Tramp ilə Putin arasında bir çox telefon danışıqları aparılsa da, bu danışıqlar heç bir müsbət nəticə vermədi. Tramp öz istədiyini əldə edə bilmir. Kreml Vaşinqtonun bütün təkliflərini rədd edir. Bu da Ağ Evin rəhbərini çox qəzəbləndirir. İndi Tramp Rusiyaya qarşı sərt tədbirlər görmək niyyətindədir,”- deyə İ.Hüseynov bildirib.

Tramp məsuliyyəti bölüşür

“Bəli, böyük ehtimalla, ABŞ Ukraynaya yeni silahlar tədarük edəcək. Ancaq Vaşinqton bu məsuliyyəti NATO-dakı müttəfiqləri ilə bölüşəcək. Çünki ABŞ bununla həm özünün neytral və sülhpərvər mövqeyini qorumağa, həm də Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində öz vasitəçilik missiyasını davam etdirməyə çalışacaq. Vaşinqton Ukraynada öz geoiqtisadi imkanlarını əldən buraxmaq istəmir,”-deyə İ.Hüseynov bildirib.

Yunis ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyul 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri