“NATO nun Rusiya ilə müharibəyə hazırlaşdığına dair sübutlar var” Belousov
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya müdafiə naziri Andrey Belousov bəyan edib ki, NATO Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşır, alyansın planlarında 2030-cu illərdə müharibəyə hazırlığın başa çatdırılması nəzərdə tutulub.
"Report" "İnterfaksa"a istinadən xəbər verir ki, A.Belousov bunu Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.
"Şimali Atlantika Alyansı koalisiya qüvvələrini artırmağa davam edir. Ortamənzilli raketlərin yerləşdirilməsi üçün aktiv hazırlıq görülür, nüvə sursatlarının nomenklaturası yenilənib. Hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri modernləşdirilir. Səfərbərlik yerləşdirmə sistemi dəyişir. Alyans qüvvələrinin şərq cinahına yerdəyişməsinin operativliyi artırılır, bunun üçün də "hərbi şengen" adlandırılan sistemin tətbiqi planlaşdırılır", - nazir bildirib.
Onun sözlərinə görə, alyans hərbi xərclərini əhəmiyyətli dərəcədə artırır.
"Bu gün alyansın illik büdcəsi 1,6 trilyon dollar təşkil edir. Onun milli ÜDM-lərdən beş faiziə qədər mərhələli artımını nəzərə alsaq, NATO büdcəsi bir yarım dəfədən çox - 2,7 trilyon dollara qədər artacaq", - müdafiə naziri deyib.
A.Belousov hesab edir ki, bütün bunlar NATO-nun Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşdığını göstərir: "Alyansın planlarında 2030-cu illərdə müharibəyə hazırlığın başa çatdırılması nəzərdə tutulub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 17 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















