Icma.az
close
up
RU
NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında Alyansın ən böyük silahlanma proqramı təsdiqlənib

NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında Alyansın ən böyük silahlanma proqramı təsdiqlənib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Berlin, 6 iyun, AZƏRTAC

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldəki toplantısında üzv dövlətlər üçün yeni hərbi qabiliyyət hədəfləri barədə razılıq əldə olunub. Son onilliklər ərzində ən böyük hərbi gücləndirmə proqramı çərçivəsində üzv dövlətlərə hərbi hədəflər təyin olunub. Lakin bu hədəflərin konkret detalları ciddi şəkildə məxfi saxlanılır.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, yeni plan NATO-nun Rusiya tərəfindən artan təhdidlərə qarşı müdafiə və çəkindirmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir. NATO hərbi qabiliyyət göstəricilərini 30 faiz artırmaq niyyətindədir. Əsas prioritetlərə uzaqmənzilli silah sistemləri, hava hücumundan müdafiə və mobil quru qüvvələri daxildir.

Bu toplantı iyunun 24-25-də Haaqada keçiriləcək NATO Sammitinə hazırlıq xarakteri daşıyıb. NATO Sammitində üzv ölkələrin müdafiə xərclərinin artırılması gündəliyin əsas mövzusu olacaq. ABŞ müdafiə xərclərinin ümumi daxili məhsulun 5 faizi səviyyəsinə çatdırılmasını tələb edir. Niderlandın müdafiə naziri Pet Heqset NATO dövlətlərinin bu istiqamətdə konsensusa çox yaxın olduğunu açıqlayıb. Lakin o, bu hədəfə hələ də çatmayan bir neçə ölkənin olduğunu da vurğulayıb.

Alyansın Baş katibi Mark Ruttenin təklifinə əsasən, üzv ölkələr 2032-ci ilədək ümumi daxili məhsulun 3,5 faizini birbaşa müdafiə xərclərinə, 1,5 faizini isə müdafiə ilə əlaqəli infrastruktur layihələrinə ayırmalıdır. Almaniya və Fransa bu plana artıq dəstək verib. Almaniyada bu göstəricinin mərhələli şəkildə artırılması planlaşdırılır və 2032-ci ilədək 3,5 faizə çatması gözlənilir. Müdafiə naziri Boris Pistorius Silahlı Qüvvələrin bu tələblərə cavab vermək üçün əlavə 60 min aktiv əsgərə ehtiyacı olduğunu bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2025 06:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri