NATO Rusiya ilə sərhəddə TÜMAK 24 hərbi təlimlərinə başlayıb
Polşada Rusiya ilə sərhəddən 70 km aralıda keçirilən NATO-nun TÜMAK-24 hərbi təlimləri başlayıb.
Bu barədə Polşanın PAP agentliyi məlumat yayıb.
Təlim Polşa Ordusunun 16-cı Mexanikləşdirilmiş Diviziyası və NATO-nun müttəfiq qüvvələri tərəfindən keçirilir, orada 2,5 minə yaxın əsgər iştirak edir və 800 hərbi texnikadan istifadə olunur. Bu təlimə mexanikləşdirilmiş, artilleriya və aviasiya bölmələri cəlb olunub.
Mövsüm
AzNews.az
Baxış sayı:14
Mənbə:https://www.aznews.az