Icma.az
close
up
RU
Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın FOTO

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın FOTO

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib. Uşaqlıqdan bu arzu ilə yaşayan Şupinq, nəhayət, geri dönüşü olmayan bir qərar verib. O, gözlərinə kanalizasiya təmizləyicisi qoyaraq öz əli ilə görmə qabiliyyətini məhv edib.

Bəs buna səbəb nədir?
 

Sfera.az bu maraqlı hadisənin təfərrüatlarını təqdim edir:
 

Jewel Shuping (Şupinq) öz istəyi ilə görmə qabiliyyətini itirməyi seçib. O, daim kor olmaq istəyirdi, ona görə də özünü kor edib.


Jewel Şupinqin görmə qabiliyyəti ilə bağlı heç bir problemi olmayıb.
 

Gözləri tam sağlam olub. Amma özünü heç vaxt “görən insan” kimi hiss etməyib. Hələ uşaq ikən kor olmağın necə olacağını təsəvvür edir və hətta bununla bağlı ssenarilər də yaradırdı. Əsa ilə gəzmək, eynək taxmaq, qaranlıqda dolaşmaq onun üçün sadəcə oyun deyildi.

Yetkinlik yaşına yaxınlaşdıqca bu istək arzu olmaqdan çıxaraq ehtiyaca çevrilir.
 

Şupinq kor insanların istifadə etdiyi Brayl əlifbasını öyrənib. Görən adam olsa da, addım-addım öz həyatını kor kimi yaşamağa başlayıb.
2006-cı ildə Jewel həyatının ən radikal qərarını verib.

 

O, həmin vaxt terapevtlə görüşürdü və bu terapevtin də baş verənlərdən xəbəri olduğu iddia edilir. Şupinqin görmə qabiliyyətini məhv edəcək qədər güclü kimyəvi maddə onun gözünə atılıb. Bəzi mənbələrə görə, bu maddə drenaj açıcı və ya ağardıcı idi.
 

Nəticə? Gözləri daimi zədələnmişdi. Şuping o gündən tamamilə kor olub.
 

“Mən indi əsl şəxsiyyətəm”


Bu hadisə üzə çıxdıqdan sonra böyük əks-səda ilə qarşılanıb. Onun adı tez-tez sosial şəbəkələrdə, xəbər bülletenlərində və sənədli filmlərdə çəkilirdi. Milyonlarla insan görmə qabiliyyətini qorumaq üçün mübarizə apararkən, onun şüurlu şəkildə bu qərarı geniş tənqidlərə səbəb olub.
 

Lakin Şuping peşman deyil. O, kor olduqdan sonra ilk dəfə "əsl şəxsiyyətini tapdığını" deyir. Onun sözlərinə görə, indi kim olduğu ilə barışır. Çünki o, özünü həmişə kor insan kimi hiss edirdi.
 

Bu hekayəni eşidəndə insan təəccüblənir: “Niyə kimsə belə bir şey istəyir?” deyə soruşur.
 

Cavab əslində tibbdədir: BIID (Bədən bütövlüyünün şəxsiyyət pozğunluğu). Bu pozğunluq o deməkdir ki, insan öz bədənində sağlam əza, hiss istəmir və ona yad hiss edir.
 

Jewel Şupinqdə də məhz belədir. Onun gözləri həmişə onun üçün artıq görünüb.

Aynil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Aprel 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri