Icma.az
close
up
RU
Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI TƏFƏRRÜAT

Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI TƏFƏRRÜAT

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hesablama Palatası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs və tabeliyindəki təşkilatlarda yoxlama (kənar dövlət maliyyə nəzarəti) aparıb.

Audit prosesi 29.02.2024-cü il tarixindən 13.04.2024-cü il tarixinədək aparılıb və 01.01.2022-ci il tarixindən 31.12.2023-cü il tarixinədək olan dövrü əhatə edib.

Audit zamanı milyonlarla manarlıq pozuntu aşkarlanıb. Qeyd edək ki, auditin aparıldığı dövrdə quruma Şahin Seyidzadə rəhbərlik edib. O, 2022-2024-cü illədə qurumun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Ötən il keçirilən parlament seçkilərində isə deputat seçilib və hazırda parlamentdə fəaliyyətini davam etdirir.

Audit nəticəsində aşağıdakı faktlar aşkarlanıb:

- 2022-2023-cü illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Mənzil və kommunal təsərrüfatı” və “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” funksional bölmələri üzrə dövlət sifarişləri xərclərinin maliyyələşdirilməsinə görə tələbat hazırlanarkən “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 2.2-ci bəndinin tələbləri gözlənilməmiş, bölmələr üzrə müvafiq olaraq 1735336 manat və 863661 manat məbləğində vəsait artıq proqnozlaşdırılaraq təqdim edilib, bununla yanaşı, İdarənin hesablaşma hesabında təsərrüfat gəlirləri üzrə 2 il üzrə müvafiq olaraq 320551,24 və 1405448,02 manat qalıq vəsaitlər də büdcə vəsaitinə təlabatın hesablanmasında nəzərə alınmayıb.

- İdarə tərəfindən “Yaşanıla bilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda keçirilmiş beynəlxalq konfrans çərçivəsində xarici qonaqlar üçün aviabiletlərin alınması xərcləri üzrə 33012,4 manat, mehmanxana xərcləri üzrə 16138,0 manat satınalma proseduru keçirilmədən xərc edilib. Eyni zamanda, İdarənin Elmi Mədəni Mərkəzi tərəfindən 2022-ci ildə “Dövlət satınalmaları haqqında” Qanunun 1-ci maddəsinin tələblərinə əməl edilmədən “Nəqliyyat vasitələrinin cari təmiri” xərc maddəsindən 14000,0 manat, “İcarə və muzdlu xidmətlər” xərc maddəsindən 6440,0 manat turekskursiya xidmətinə görə təchizatçıya ödənilib.

- “Multani” və “Buxara” karvansaraylarının təmir-bərpa işlərinə görə ayrılmış vəsaitlər üzrə bir mənbədən satınalma metodundan istifadəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məktubunda vergilər daxil 14968961,72 manat məbləğində müqavilənin bağlanmasına razılıq verilsə də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əməl edilmədən qeyri-rezidentlə bağlanmış müqavilələrin dəyəri AVRO-nun müqavilə tarixinə olan məzənnəsinə görə 20292853,8 manat təşkil edib. Müqavilə üzrə ümumilikdə 19950722,02 manat, auditlə əhatə olunan dövrdə isə 13498515,9 manat məbləğində vəsait xərc edilib.

- İdarənin Muzey Mərkəzi tərəfindən təlim dərslərinin həyata keçirilməsi məqsədilə bağlanılmış müqavilə üzrə vəsaitin icraçıya tam ödəniməsinə baxmayaraq müqavilə öhdəliyi üzrə işlər (xidmətlər) sifarişçiyə təhvil verilməyib, müqavilələrin gecikmə ilə yerinə yetirilməsinə görə isə cərimələr tətbiq edilməyib.

- 2022-2023-cü illərdə mənzil fondu üzrə cəmi hesablanmış gəlirlər 23990,4 manat olduğu halda, idarənin Mənzil-kommunal və Təmir Xidməti tərəfindən hüquqi aktların tələblərinə əməl edilmədən cəmi 2 il üzrə 16011,4 manat məbləğində gəlirlərin az hesablandığı müəyyən olunub. Eyni zamanda Mənzil-kommunal və Təmir Xidmətinin əsas gəlir mənbəyi olan bağlanmış xidmət müqavilələri üzrə müvafiq dövr üzrə 48200,7 manat daxilolmalar üzrə debitor borcun xidmətin hesabına ödənilməsi üçün tədbirlər görülməyib.

- İdarənin Aparatının və strukturuna daxil olan qurumlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında İdarə Heyətinin qərarında ştatdankənar işçilər üzrə təsdiq edilmiş ştat cədvəlində “ştatdankənar təhlil üzrə ekspert” və “İdarə Heyəti sədrinin ştatdankənar innovasiyalar üzrə müşaviri” vəzifəsi olmadığı halda, 2023-cü ildə bu vəzifələrə işçilər götürülüb və vəsait ödənilməyib. Modern.az-ın məlumatına görə, idarənin İdarə Heyətinin qərarı əsasında Elmi Mədəni Mərkəzin təsdiq edilmiş ştat cədvəli Azərbaycan Respublikası əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 30.08.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” ilə müəyyən edilmiş nomeklaturaya uyğun tərtib ediməyib. Belə ki, ştat cədvəlində direktorun ticarət və elmi işlər üzrə iki müşavir vəzifəsi təsis edilmiş və audit dövründə bu vəzifələrin əməkhaqqı və əməkhaqqının ödənişi ilə bağlı digər xərclər edilib. Xidməti ərazidə cəmi 1,5 ha yaşıllıq sahəsi olduğu halda yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin “Müvəqqəti Normaları”nın və “Vahid Tarif Cədvəli”nin tələbinə əməl edilməyib, 2 ştat vahidi əvəzinə yaşıllıq sahəsinə qulluqla bağlı 14 ştat vahidi ştatdankənar işçilər saxlanılıb.

- İdarənin tabeliyindəki bir sıra təşkilatlarda ştat üzrə bir sıra vəzifələrin ödəniş dərəcələri müvafiq sahəni tənzimləyən “Vahid Tarif-İxtisas Sorğu Kitabçası” ilə nəzərdə tutulan əməkhaqqı ödəniş dərəcəsindən yuxarı təyin edilib. 2022-2023-cü illər ərzində ayrı-ayrı vaxtlarda əmək məzuniyyəti əmrlərinin və təqdim olunmuş xəstəlik vərəqələrinin mühasibatlıqda düzgün nəzərə alınmaması səbəbindən iş günü olmayan işçilərə əməkhaqqı artıq olaraq köçürülüb.

- İdarə tərəfindən tikinti obyektləri üzrə təsdiqlənmiş smeta sənədlərində “Nəzərdə tutulmayan xərclər”in müqavilə dəyərinin 3%-i həcmində nəzərdə tutulduğu halda, podratçı şirkət ilə bağlanmış müqaviləyə 1 saylı əlavədə həmin xərclərin 5,6% nəzərdə tutulması səbəbindən 18426,2 manat məbləğində vəsait artıq ödənilib.

- Audit çərçivəsində alışı rəsmiləşdirilmiş müxtəlif mal-material qalığına faktiki baxış keçirilən zaman bəzi çatışmazlıqlar müəyyən olunub.

- 31.12.2022-ci il tarixinə hazırlanmış “Maliyyə vəziyyəti haqqında hesabat”da “Qeyrimaddi aktivlər” bölməsində 1417874,0 manat dəyərində vəsaitin uçotu düzgün göstərilməyib, 54 ədəd müxtəlif növdə ümumi dəyəri 44246,4 manat məbləğində lisenziyalar uçota alınmayıb.

“Yeni Müsavat”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Aprel 2025 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see301

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see173

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see130

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see118

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see118

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see116

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see116

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see115

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see113

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see112

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see112

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri