Icma.az
close
up
RU
NATO Rusiyaya niyə yenə müharibə mesajı verdi: Kreml ABŞ ı qlobal savaşın qarşısını almağa çağırdı

NATO Rusiyaya niyə yenə müharibə mesajı verdi: Kreml ABŞ ı qlobal savaşın qarşısını almağa çağırdı

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Hazırda mövcud olan qəliz qlobal situasiya Rusiya ilə yanaşı, NATO-nun timsalında kollektiv Qərb üçün də ciddi hərbi təhlükə xarakteri daşıyır... Əgər, real siyasi-diplomatik mexanizmlər işə salınmazsa, Ukrayna münaqişəsi ya uzunmüddətli donmuş fazaya keçə, ya da ümumiyyətlə, nəzarətdən çıxma riski ilə üzləşə bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Qlobal məkanda olduqca ziddiyyətli proseslərin cərəyan etdiyi müşahidə olunur. Belə ki, Avropa məkanında strateji “siyasi vakuum” yaşanır. ABŞ prezidenti Donald Tramp Ukrayna savaşının dayandırılmasına yönəlik “sülh planı”nı qlobal hərbi eskalasiya əleyhinə ritorika ilə gücləndirməyə çalışır. Qərb siyasi dairələrindəsə, hazırda Ukrayna müharibəsinin qlobal riskləri daha intensiv şəkildə müzakirə olunur.

Onu da qeyd etmək lazımdır ki, Ukraynada müharibənin növbəti ilə adladığı bir mərhələdə Qərb düşərgəsi getdikcə, daha açıq görünən paradoksal ziddiyyətlə üz-üzə qalıb. Belə ki, Avropa ölkələrinin Ukrayna savaşının necə başa çatacağına bağlı ortaq strategiyası hələ də yoxdur. Ona görə də, Qərb mətbuatında Avropa Birliyinin bu münaqişəni bitirmək üçün vahid planının olmaması barədə siyasi eyhamlar əslində, uzun müddətdir ki, mövcud olan praktiki boşluğun açıq etirafı kimi görünür.

Məsələ ondadır ki, hazırda “strategiyasız öhdəlik” dilemması qarşısında qalan Avropa Birliyi Ukrayna məsələsində onun strateji manevr imkanlarını ciddi şəkildə məhdudlaşdıran bir neçə paralel təzyiq istiqaməti üzləşib. Birincisi, “qoca qitə”də maliyyə-iqtisadi yorğunluq getdikcə dərinləşir. Rəsmi Kiyevə genişmiqyaslı hərbi, maliyyə-iqtisadi və humanitar dəstəyin davam etdirilməsi zəif iqtisadi artım, artan müdafiə xərcləri, eləcə də daxili sosial-ictimai problemlər fonunda daha da çətinləşir. Üstəlik, Avropa Birliyi məkanında enerji böhranı və inflyasiya da tamamilə aradan qalxmayıb, sadəcə, siyasi baxımdan, təxirə salınıb.

İkincisi, Avropa məkanında ictimai rəy də artıq sürətlə dəyişməyə başlayıb. Bir sıra Avropa Birliyi ölkələrində seçicilər artıq Ukraynanın özünümüdafiə hüququnu deyil, məhz “qoca qitə”nin açıq öhdəliklərini və bu münaqişədən siyasi-diplomatik çıxış perspektivinin olmamasını ciddi sual altına alırlar. Üçüncüsü, ifrat sağçı siyasi qüvvələr indi bir çox hallarda Ukraynaya yardımı açıq şəkildə tənqid edən siyasi aktorlar olmaqla yanaşı, artıq həm də ənənəvi marginallıqdan çıxaraq, milli siyasi gündəmi formalaşdıran əsas oyunçulara çevrilməyə başlayıblar.

Bütün bu amillər onu göstərir ki, Avropa Birliyi Ukrayna müharibəsini bitirməkdən daha çox, savaşı idarə olunan şəkildə davam etdirməyə fokuslanıb. Halbuki, tarixi örnəklər onu göstərir ki, siyasi-diplomatik strategiyaya bağlı çıxış perspektivi olmayan müharibələr ya illərlə donmuş vəziyyətdə qalır, ya da gözlənilmədən eskalasiyaya uğrayır.

Digər tərəfdən, Ukrayna savaşı ətrafında yaranmış mövcud situasiyada ABŞ prezidenti Donald Trampın siyasi ritorikası Ağ Evin həmişə ənənəvi xarakter daşımış “dominant müdaxiləçi” xətdən nəzərəçarpacaq dərəcədə fərqlənir. Ağ Ev sahibi Donald Trampın Ukrayna savaşını Üçüncü Dünya Müharibəsinə aparan potensial risk kimi təqdim etməsi, onun siyasi populizmdən daha çox realistcəsinə mövcud təhlükəni qiymətləndirdiyini göstərir.

Çünki prezident Donald Tramp dəfələrlə vurğulayıb ki, Ukrayna münaqişəsi hazırda ABŞ üçün birbaşa hərbi təhlükə yaratmır. Ancaq Ağ Ev sahibinin fikrincə, bu savaşın dolayı riskləri qlobal təhlükə xarakteri daşıyır. Onun “vaxt itirmək istəmirik” ifadəsi ABŞ siyasi dairələrində Ukrayna müharibəsinin getdikcə, Avropa mərkəzli strateji yük kimi qəbul edildiyini göstərir. Bu yanaşma ABŞ siyasətində diqqətin döyüş meydanındakı qələbədən daha çox qlobal eskalasiya təhlükəsinin qarşısının alınmasına yönəldiyini biruzə verir. Eyni zamanda, bu, Avropa paytaxtlarına da açıq mesajdır ki, ABŞ sonu görünməyən və siyasi-diplomatik nizamlanma perspektivi olmayan bir müharibəni daha maliyyələşdirmək niyyətində deyil.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Ukraynanın tədricən Qərbin “konsensus masası”ndan getdikcə, daha çox təcrid edilməkdə olduğu da nəzərə çarpır. ABŞ lideri Donald Trampın “sülh planını dəstəkləməyən yeganə şəxs Ukrayna prezidenti Volodimir Zelenskidir” açıqlaması ritorika baxımdan, sərt səslənsə də, dərin siyasi təmas problemini üzə çıxarır. Çünki rəsmi Kiyev üçün indiki şərtlər çərçivəsində sülh danışıqları Ukraynanın məruz qaldığı ərazi itkilərinin “beynəlxalq səviyyədə legitimləşdirilməsi” və arzuolunmaz status-kvonun qeyri-müəyyən müddətə dondurulması riski deməkdir.

Ancaq Qərb paytaxtlarının bir qismi üçün isə sülh prosesi getdikcə, daha çox eskalasiyanın qarşısını almaq, daxili siyasi narazılığı azaltmaq və strateji resursların tükənməsini önləmək baxımından, risklərin idarə olunma alətinə çevrilir. Ona görə də, əgər, ABŞ və avanqard Avropa ölkələri sülh danışıqları yönümlü yanaşma mövqeyi üzərində uzlaşsalar, onda Ukraynanın qərarvermə prosesində manevr imkanları daha da darala bilər. Çünki mövcud reallıq ondan ibarətdir ki, Ukraynanın hərbi asılılığı əvvəl-axır rəsmi Kiyev üçün siyasi məhdudiyyətlər də yarada bilər.

Kremldə isə Qərbin Rusiya ilə birbaşa toqquşma ehtimalından yayınma cəhdlərini, xüsusilə də, ABŞ prezidenti Donald Trampın mövqeyi həm rəqib düşərgənin zəifliyi, həm də daha çox sabitləşdirici mesaj kimi qiymətləndirir. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyevin Ağ Ev sahibi Donald Trampın siyasətinin qlobal müharibənin qarşısını almağa yönəldiyini vurğulaması Kremlin əsas prioritetini ortaya qoyur. Yəni, Rusiya üçün də indiki mərhələdə NATO ilə birbaşa hərbi qarşıdurma qətiyyən sərfəli deyil. Əksinə, indiki mərhələdə Kreml də müharibəni genişləndirməkdən daha çox, onu Rusiya üçün idarə olunan çərçivədə saxlamağa və Qərb daxilindəki siyasi parçalanmadan maksimum faydalanmağa çalışır.

Əslində, Rusiyanın NATO ilə hərbi qarşıdurmadan çəkinməsinin əsas səbəbləri tamamilə başadüşüləndir. Bu hərbi-siyasi alyans daxilində ziddiyyətlər olsa da, NATO-nun Rusiyadan qat-qat daha güclü savaş potensialına malik olduğu inkaredilməz reallıqdır. Üstəlik, prezident Vladimir Putin də bunu bir neçə dəfə etiraf edərək, Rusiyanın NATO ilə müharibə niyyətinin olmadığını vurğulayıb. Və eyni zamanda, geopolitik reallığın mürəkkəb olmasına baxmayaraq, NATO-nun baş katibi Mark Ruttenin də bu hərbi-siyasi alyansın Rusiyadan qat-qat güclü olduğunu qabartması hələlik daha çox statistik baxımdan, doğru görünür.

Ancaq Qərb ekspertləri belə hesab edirlər ki, NATO ölkələrinin inkişaf etmiş iqtisadiyyatları və demoqrafik potensialları avtomatik olaraq, strateji üstünlük demək deyil. Xüsusilə də, siyasi birlik, savaş risklərinə və hərbi eskalasiyaya hazırlıq səviyyəsi bu alyansa üzv ölkələr arasında fərqli keyfiyyət daşıyır. Digər tərəfdən, NATO çərçivəsində həddən artıq özünəinam əlavə risklər yaradır. Birincisi, bu, Rusiyanı daha sərt və riskli hərbi manevrlərə sövq edə bilər. Və eyni zamanda, diplomatiyanı da kölgədə qoyaraq, münaqişəni sırf güc balansı prizmasına yönəldir.

Ona görə də, hazırda mövcud olan qəliz qlobal situasiya Rusiya ilə yanaşı, NATO-nun timsalında kollektiv Qərb üçün də təhlükəli xarakter daşıyır. Bu baxımdan, indi Ukrayna müharibəsi hərbi qarşıdurmadan daha çox siyasi dözümlülük və NATO daxilində birliyin sınağına çevrilmiş kimi görünür. Halbuki, real siyasi-diplomatik mexanizmlər işə salınmazsa, münaqişə ya uzunmüddətli donmuş fazaya keçə, ya da ümumiyyətlə, nəzarətdən çıxma riski ilə üzləşə bilər. Böyük müharibələr isə çox vaxt qarşıduran tərəflərin özlərini tam təhlükəsiz hesab etdikləri və hərbi riskləri düzgün qiymətləndirə bilmədikləri zamanlarda başlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Dekabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see154

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see133

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see131

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see130

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri